Yuxarı

Savin: Bilderberq toplanır - Böyük savaş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gec, ya tez - Bilderberq klubunu himayə edənlərlə digər geosiyasi oyunçular arasında toqquşma olacaq".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Leonid Savin söyləyib. Onun sözlərinə görə, bu klub dünyaya öz iradəsini yeritməyə çalışacaq:

"Bilderberq klubunun üzvlərinin görüşü növbəti dəfə insan haqları, azadlıqlar və sairə kimi sözlərin yalnız termin toplusu olduğunu nümayiş etdirir. Bu bir daha kiçik qrupun həmin haqları öz maraqları üçün manipulyasiya etdiyini göstərir. Öz məqsədlərinə çatmaq üçün onlar kompromisə getməyə hazır deyillər. Əvəzində isə bütün mümkün vasitələrdən istifadə edərək öz iradələrini xalqlara və dövlətlərə yeritməyə çalışacaqlar.

Bilderbeqin təklif etdiklərindən çoxu artıq yerinə yetib, bəzi proyektlər indi reallaşdırılır. 1955-ci ildə ümumi Avropa bazarının yaradılması planlaşdırılırdı. O, rəsmi olaraq 1958-ci ildə formalaşdırıldı və 1993-cü ildə Avropa Birliyi yaradıldı. Şimali Amerikada azad ticarət haqqında müqavilə, Ümumdünya Ticarət Təşkilatı, hazırda müzakirə edilən trans-Atlantik və trans-Sakit okean əməkdaşlığı bu qapalı klubun fəaliyyətinin məhsullarıdır. Mən bildiyim qədəri ilə bu dəfəki iclasın mövzusu "ağıllı şəhər"lərin yaradılması, transgender (kişilərin qadınlara və əksinə çevrilməsi – L.Savin), insanların kiborqlaşdırılmasıdır (bu mexaniki və elektronik komponentləri olan bioloji orqanizmdir. Bir növ maşın-insan xarekteri daşıyır. Bununla insan həm də robotlaşdırılmış olur – red). Sözsüz ki, buna bəzi dövlətlərin qanunvericiliyində edilən dəyişikliklər kontekstində nəzər yetirmək lazımdır. Bu həmçinin onunla uyğunlaşan beynəlxalq haqların tətbiqi ilə reallaşdırıla bilər".

L.Savin Bilderberq klubuna qarşı hələlik əsas müqaviməti böyük geosiyasi oyunçuların göstərdiyini bildirib:

"Bilderberq təkcə beyin mərkəzi deyil. Onun üzvlərinin çoxu bankirlər, sahibkarlar, böyük korporasiyaların icraedici direktorları (Məsələn, Reqina Dunkan əvvəllər Pentaqonun perspektiv texnologiyalar agentliyinə rəhbərlik etsə də, sonralar "Quql"a ("Google") – L.Savin), bəzi Qərb ölkələrindən olan yüksək vəzifəli şəxslərdir. Əgər həmin şəxslərə böyük geosiyasi oyunçular müqavimət göstərməsə, onların öz proyektlərini həyata keçirmələri texniki cəhətdən o qədər də çətin deyil. Artıq dəfələrlə Bilderberq klubu bu kimi dövlətlərin siyasi elitasının nümayəndələrini aldatmağa cəhd edib ki, öz qlobal maraqlarını lobbiləşdirə bilsinlər. Bununla bağlı heç də hər dəfə uğur əldə edilməyib. Ona görə də dünyəvi texnokratik transhumanizm proyektinin reallaşdırılmasının qarşısının öz adət-ənənələrini müdafiə edən xalqlar və dövlətlər tərəfindən alınması üçün şans var. Bu kimi iki nöqteyi-nəzərin mübarizəsi axır-əvvəl konfliktə gətirib çıxaracaq. Gec, ya tez, amma o baş verəcək. Yəqin ki, bu qlobal miqyasda olacaq, amma onun partizan müharibələri və xalq etirazları şəkilində mübarizə metodlarından istifadə edərək baş verəcəyi də istisna edilməməlidir".

Qeyd edək ki, iyunun 11-dən 14-nə qədər Avstriyada Bilderberq klubu üzvlərinin növbəti görüşü təşkil olunacaq. Klubun iclasında üç ölkənin baş nazirinin iştirakı da nəzərdə tutulur. Bundan başqa, Türkiyədən klubda məşhur iş adamı Mustafa Vehbi Koç, iki köşə yazarı, CHP-dən olan bir deputat iştirak edəcək.

Onu da xatırladaq ki, Bilderberq klubu 1954-cü ildə yaradılıb. Klubun tərkibində 130 dövlətin nümayəndəsi birləşib. Onların təxminən yarısı amerikalılardır. Klubun 383 üzvünün hamısı öz sahələrində kifayət qədər məşhur olan şəxslərdir. Klub həmçinin dünyanı idarə edən qrup kimi də təqdim edilir. Təşkilatın ilk yığıncağında Rokfellerlər Fondunun rəhbəri Devid Rokfeller iştirak edib. Bəzi mənbələr bu təşkilatın vahid dünya dövləti yaratmaq üçün çalışdığını qeyd edirlər. İndiyə qədər klubun həyata keçirdiyi planlar içərisində Avropanın vahid valyutaya keçməsi, İraqda qarışıqlıq, Respublikaçıların Yaxın Şərqə ABŞ qoşunlarını yeritməsi, Yuqoslaviyanın parçalanması və sairə kimi məsələlər var.

Tarix
2015.06.10 / 15:42
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla