Yuxarı

Türkiyədə Ramazan bayramında sərt qadağalar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə COVİD-19-a yoluxma və bu xəstəlikdən ölüm hallarının kəskin artması ilə bağlı sərtləşdirilən qadağaların təfərrüatı bəlli olub.

Axar.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ölkənin Nazirlər Kabinetinin növbəti iclasında bir sıra qərarlar qəbul edilib.

Ramazan ayını əhatə edəcək yeni qaydalara əsasən, xüsusilə qarşıdan gələn iki həftə ərzində bütün ölkəni əhatə edəcək qismən qapanma nəzərdə tutulur. Belə ki, Türkiyənin 58 vilayətində tətbiq olunan həftəsonu qadağası bu müddət ərzində bütün vilayətlərə şamil ediləcək. Ölkədə həftə içi hər gün axşam saat 19:00-dan səhər saat 05:00-dək “Evdə qal” məhdudiyyəti tətbiq olunacaq. Bu saatlar ərzində təcili hallar istisna olmaqla əhalinin şəhərlərarası hərəkəti də müvəqqəti qadağan olunur.

Bundan əlavə, ölkədə toy, nişan kimi kütləvi tədbirlərin keçirilməsi Ramazan bayramınadək təxirə salınır. Kütləvi tədbirlərə imsak və iftar yeməklərinin birgə təşkili də daxildir. Ramazan ayı boyunca kafe, restoran, idman zalları və bu kimi digər içtimai iaşə obyektlərinin də fəaliyyəti müvəqqəti dayandırılır. Kiçik yeməkxanalar isə günün müəyyən saatlarında müştərilərə paket servisi şəklində xidmət göstərəcək.

Bu müddət ərzində yaşı 65-dən yuxarı və 18-dən aşağı olanların ictimai nəqliyyatdan istifadəsi qadağan edilir.

Yeni qaydalar çərçivəsində dövlət qurumları və bəzi özəl sektorlar məhdudlaşdırılmış rejimdə fəaliyyət göstərəcək. Orta məktəblərdə bir neçə həftə əvvəl bərpa olunan ənənəvi təhsil 8 və 12-ci siniflər istisna olmaqla distant şəraitdə davam etdiriləcək.

Qeyd edək ki, artıq bu və digər qadağalarla bağlı fəaliyyət planı Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən ölkənin 81 vilayətinin hər birinin aidiyyəti qurumuna göndərilib.

Tarix
2021.04.15 / 01:01
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın oyunu: AB kimi seçəcək? - "Le Monde"

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla