Yuxarı

Belarus yox, Polşa piratçılıqla məşğul idi - Roqozin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belarus yox, Polşa piratçılıqla məşğul idi - Roqozin

Polşa və Rumıniya hava piratçılığı ilə çoxdan məşğuldurlar. Belə təhlükəli və qeyri-qanuni hərəkətləri başqa cür adlandırmaq olmaz.

Axar.az xəbər verir ki, bunu "Roskosmos"un rəhbəri Dmitri Roqozin Polşa Baş nazirinin "Ryanair" təyyarəsi ilə bağlı insidentdən sonra Belarus aviaşirkətlərinin AB ərazisində uçuşlarını qadağan etməkdə israr etməsini şərh edərkən deyib.

O bildirib ki, belə hallar bir neçə dəfə baş verib:

"2017-ci ildə Moldova prezidentinin dəvəti ilə hökumət nümayəndə heyətinin tərkibində Kişinyova yola düşdüyümüz vəziyyəti xatırlayıram. O zaman S7 şirkətinin sərnişin təyyarəsinin Rumıniya və Polşanın hava məkanından keçməsinə razılıq verilməmişdi və təyyarə Minskdə enmişdi. Bu, sözügedən ölkələrin Rusiya hökumətinin nümayəndə heyətinin səfəri barədə əvvəlcədən məlumatlı olmaları fonunda baş tutub", - deyə Roqozin bildirib.

Tarix
2021.05.24 / 08:00
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla