Yuxarı

Rəsmi Bakıdan İrəvan mitinqinə reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsmi Bakıdan İrəvan mitinqinə reaksiya

"Ermənistandaki kütləvi etiraz aksiyaları hərbi diktatura rejiminin siyasətinin nəticəsidir".

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Könül Süleymanlı Ermənistan xarici işlər naziri Eduard Nalbəndyanın açıqlamasına münasibətdə Trend-ə E.Nalbəndyanın əslində özünün ölkəsini bürüyən dərin siyasi, iqtisadi və sosial böhranı süni şəkildə görməməzliyə vurmağa çalışdığını bildirib.

Ermənistanın kriminal xarakterli hərbi diktatura rejiminin yürütdüyü siyasətin nəticəsidir ki, bütün Ermənistanı kütləvi etiraz aksiyaları bürüyüb. Paytaxt İrəvanda baş vermiş dinc etiraz aksiyasının Ermənistanın təhlükəsizlik qüvvələri tərəfindən xüsusi qəddarlıqla dağıdılması və hətta KİV nümayəndələrinin fiziki zorakılığa və təqiblərə məruz qoyulması Ermənistan rejiminin əsl mahiyyətini bir daha ifşa etdi.

Avropa Şurası Parlament Assambleyasının "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" barədə qəbul edilmiş qətnaməsinə gəldikdə isə bu Azərbaycana qarşı ikili standartların və qərəzli münasibətin bariz nümunəsidir va XİN tərəfindən buna münasibat bildirilib. ASPA hələ 25 yanvar 2005-ci ildə qış sessiyasında qəbul edilmiş 1416 (2005) saylı qətnamə və 1690 (2005) saylı tövsiyə ila bir üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu vurğulamış və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq etmişdir. Assambleya həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrini xatırlatmışdır.

16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının "Çıraqov və digərləri Ermənistana qarşı" (13216/05 saylı iddia) işi ilə bağlı qərarı isə Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı və işğal olunmuş ərazilərində hərbi mövcudluğunu davamlı inkarına birdəfəlik son qoyub.

Tarix
2015.06.25 / 23:12
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident açıqladı: Yeni nazir müavinləri təyin ediləcək

ABŞ-la strateji tərəfdaşlıq Azərbaycana nə vəd edir?

Mustafayev bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Venslə bağlı erməni yalanı: Azərbaycanda inanıblar...

Azərbaycana səfərim möhtəşəm idi - Vens

Azərbaycanda yeni televiziyaya lisenziya verildi

Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi

FHN və ADA arasında memorandum imzalandı - Video

Azərbaycan Kanadaya başsağlığı verdi

Azərbaycan-Serbiya hərbi əməkdaşlıq planı imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla