Yuxarı

Saakaşvili prokuroru işdən qovdu – Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvili prokuroru işdən qovdu – Səbəb

Ukraynanın İvano-Frankovski vilayətinin prokuroru İqor Nastasyak istefaya göndərilib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Feysbuk səhifəsində Baş prokurorun müavini David Sakvarelidze yazıb.

"İvano-Frankovsk bu gün prokuror-mütəfəkkirsiz qaldı. Əvəzsiz itki...:)", - Sakvarelidze qeyd edib.

İqor Nastasyakın istefaya göndərilməsinin Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlılığının olduğu ehtimal edilir. Keçmiş prokuror daha əvvəl Saakaşvilini tənqid edib. "Qubernator özü ilə vilayətə milis rəisi gətirir. O, Ukrayna dilində heç bir söz, ümumiyyətlə qanunvericiliyin heç bir normasını bilmir. Bilmirəm, o, necə işləyəcək", - Nastasyak bildirib.

O, həmçinin lovğalanıb ki, İvano-Frankovski vilayətinin qubernatoru önəmli bir addım atmadan əvvəl ona zəng edir və məsləhətləşir.

Saakaşvili isə ona cavab verib ki, post-maydan Ukraynada yaşayırlar və qubernatorlar prokurorla deyil, xalqla məsləhətləşməlidir.

Qeyd edək ki, David Sakvarelidze daha əvvəllər Gürcüstan baş prokurorunun birinci müavini postunu tutub. Onun Saakaşvili ilə birlikdə İqor Nastasyakın istefaya göndərilməsində xüsusi rolunun olduğu təxmin edilir.

Tarix
2015.06.26 / 03:08
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi...

Azərbaycanı, Ermənistanı dəstəkləmək lazımdır - Zelenski

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla