Yuxarı

Milyonları mənimsəyən dələduz ortaya çıxdı: Qayıdacağam!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milyonları mənimsəyən dələduz ortaya çıxdı: Qayıdacağam!

Türkiyədə bir neçə il əvvəl virtual “Çiftlik Bank” şəbəkəsi yaradaraq insanları aldadan və bu səbəbdən xaricə qaçmağa məcbur olan Məhməd Aydın vəkilləri vasitəsilə videomüraciət yayıb.

Axar.az xəbər verir ki, M.Aydın çıxışında Türkiyəyə qayıdaraq hüquq-mühafizə orqanlarına təslim olacağını bildirib.

O qeyd edib ki, “virtual ferma” yaradarkən sadəcə qanuni olaraq gəlir əldə etmək məqsədi güdüb. Lakin ətrafdakı pisniyyətli insanların qeyri-sağlam rəqabət aparması, ədalətsiz gəlir etməsi nəticəsində özü də çıxılmaz vəziyyətə düşüb:

“Xaricdə olduğum müddətdə günahsızlığımı sübut etmək üçün əlimdən gələni etdim. Lakin barəmdə başladılan istintaq, ardınca həbs qərarı buna mane oldu. Günahsızlığımı sübut etmək üçün məhkəməyə müraciət edəcəyəm”.

Qeyd edək ki, “Çiftlik Bank”a külli miqdarda vəsait yatıran yüzlərlə insanın pullarını mənimsəyərək 2018-ci ildə xaricə qaçan “Tosuncuk” ləqəbli Məhməd Aydın barəsində dələduzluq ittihamı axtarış elan edilib.

Tarix
2021.07.01 / 00:18
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Bayramov koreyalı həmkarı ilə danışdı

Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

“Liv Bona Dea” məhkəməyə saxta sənəd verib – Köçərli

Niderland parlamentinin Bakıya qarşı qərəzli sənədi… - Səfir

Şahin Mustafayev Ermənistanda səfərdədir - Foto

Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər

Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını boşaldır

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla