Yuxarı

Türkiyədə meşə yanğınları: son 10 yanğın ocağı qaldı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə meşə yanğınları: son 10 yanğın ocağı qaldı...

14:00

Türkiyədə baş verən yanğında daha iki nəfər həlak olub.

Axar.az xəbər verir ki, Antalyanın Manavqat rayonunda yanğını söndürən xilasedicilərdən ikisi həyatını itirib, dörd nəfər isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, dünən Türkiyənin meşə və kənd təsərrüfatı naziri Manavqatda üç, Marmarisdə isə bir nəfərin yanğın fəlakətindən vəfat etdiyini açıqlamışdı. Bununla da Türkiyədəki yanğınlarda həlak olanların sayı altıya çatıb.

***

Xəstəxanalarda müalicə alan 410 nəfərdən 400-ü artıq evə buraxılıb.

Bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib

Nazir qeyd edib ki, Marmaris və Bodrumda baş verən meşə yanğınları nəticəsində 160 nəfər xəsarət alıb. Onlardan 159-nun müalicəsi artıq başa çatıb.

***

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda başlayan yanğınla əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirilir.

Hazırda bölgədə yanğının yaşayış məntəqələrinə yayılmaması üçün havadan və qurudan yanğınsöndürmə işləri həyata keçirilir. Bölgədəki otellərdən turistlərin gəmilərlə təxliyəsinə başlanılıb.

***

Türkiyədə 101 yanğın ocağından 91-i nəzarət altına alınıb.

Bu barədə Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bəkir Pakdəmirli məlumat verib.

Tarix
2021.07.31 / 22:07
Müəllif
Axar.az
Digər xəbərlər

“Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı

Sülh seçkilərə qədər imzalanacaq? - Əliyev nöqtə qoydu

Mehdiyevin Rusiyaya zəngi: DTX yeni gizlinləri açıqladı

ABŞ İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır...

Paşinyan da mənimlə eyni fikirdədir - İlham Əliyev

Bu halda sülh sazişi üçün heç bir maneə qalmayacaq

Prezident separatçılara verilən cəzadan danışdı

Bizə Fransa ilə heç bir problem lazım deyil - Əliyev

İlham Əliyev Fransa kanalına müsahibə verdi

Bizim çox üstünlüklərimiz var - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla