Yuxarı

Türkiyədə meşə yanğınları davam edir: son durum

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə meşə yanğınları davam edir: son durum

2021.08.02 - 19:36

Alovların yaşayış məntəqələrinə yaxın ərazilərə çatması səbəbindən Antalyanın Gündoğmuş bölgəsində əhalinin təxliyəsinə qərar verilib.

Axar.az xəbər verir ki, alovların evlərə yayılıb-yayılmadığı ilə bağlı hələ məlumat yoxdur. Adıgedən əraziyə giriş-çıxışlar qadağan edilib. Bölgəyə əlavə qüvvə, o cümlədən helikopterlər cəlb olunub.

Yanğının yaxınlaşması ilə dağın ətəyində yerləşən 2100 nəfər əhalisi olan Gündoğmuş kəndinin boşaldılmasına qərar verilib. Bölgədəki məscidlərdən evakuasiya elanları verilməyə başlanıb.

Bölgədə əsən güclü külək alovları və tüstünü rayon mərkəzinə yönəldib.

***

Türkiyədə 138 yanğın ocağından 129-u nəzarət altına alınıb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

***

İzmirin Qaziəmir rayonunda da meşə sahəsində yanğın baş verib.

Havadan və qurudan yanğına müdaxilə edilir.

***

Muğla vilayətinin Marmaris bölgəsində yanğınların əhatəsi və şiddəti güclənib.

Havaların kəskin isti keçməsi və dəyişən istiqamətli külək söndürülmüş ocaqlarda soyutma və lokallaşdırma işlərini çətinləşdirir. Bir sıra hallarda göstərilən səbəblərdən sönmüş sahələrdə təzədən alovlar yüksəlir.

Hisarönü məhəlləsində yanğınların yaşayış məskənlərinə doğru səmt alması əhalini təşvişə salıb. Hazırda bu bölgə helikopterlərin intensiv çalışdığı ərazilərdəndir.

***

32 əyalətdə 137 yanğın ocağı nəzarət altına alınıb, 6 əyalətdə isə 13 yanğın davam edir.

Bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli deyib.

Tarix
2021.08.03 / 01:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla