Yuxarı

MKİ əfsanəvi musiqiçidən necə istifadə edib – Şok faktlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MKİ əfsanəvi musiqiçidən necə istifadə edib – Şok faktlar

Məşhur caz musiqiçisi Lui Armstronqun 1960-cı ildə ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunan Afrika turnesi zamanı özünün də xəbəri olmadan MKİ tərəfindən gizli əməliyyatlara cəlb olunduğu ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə iddianı MKİ-nin 50-60-cı illərdə Orta və Şərqi Afrikadakı fəaliyyətlərini ortaya çıxaran “Ağ pislik” kitabının müəllifi və London Universitetinin araşdırmaçısı Süzan Uilyams səsləndirib.

Uilyams Lui Armstronqun Afrikada necə istifadə edildiyini izah edib.

“Armstronq MKİ üçün bir “Troya atı” idi. Bu, həqiqətən də çox kədərlidir. Özü bilsəydi, dəhşətə gələrdi”, - müəllif bildirib.

Onun sözlərinə görə, Armstronqun Konqoda qaldığın evin sahibinin əsl kimliyi belə ondan gizlədilib. Ev sahibi kimi göstərilən şəxs əslində MKİ-nin Konqo bölməsinin rəhbəri Larri Devlin imiş.

Həmin turnedə olan digər kəşfiyyatçılar Armstronqdan zəngin faydalı qazıntıları olan və ölkədən yeni ayrılan Katanqa əyaləti ilə əlaqələr qurmaq üçün də istifadə ediblər. Uilyams bu məlumatları BMT arxivlərindən əldə etdiyini deyib.

“Armstronq olmasaydı, MKİ rəsmilərinin 1500 ton urana malik olan Katanqa mədən sənayesinin yüksək vəzifəli şəxsləri ilə görüşləri baş tutmayacaqdı”, - Uilyams bildirib.

Tarix
2021.09.14 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla