Yuxarı

İtaliyada sabiq nazir miqrantlara görə həbs oluna bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliyada sabiq nazir miqrantlara görə həbs oluna bilər

İtaliyanın sabiq daxili işlər naziri Matteo Salvini 15 ilədək həbs cəzası ala bilər.

Axar.az xəbər verir ki, M.Salvini 2019-cu ilin avqustunda Aralıq dənizində 160-dək miqrantı xilas edən “Open Arms” yardım gəmisinin günlərlə limana yanaşmasına icazə vermədiyi üçün mühakimə olunur.

Sabiq nazir “Open Arms” gəmisi ilə bağlı məsələdə, eləcə də qanunu pozmaqda ittiham edilir. O, təqsirli bilinərsə, 15 ilə qədər həbs cəzası ala bilər.

M.Salvini Siciliya adasının Palermo şəhərində keçirilən məhkəmədə ölkənin sərhədlərini qorumağın hər kəsin borcu olduğunu və onun öz vəzifəsini yerinə yetirdiyini deyib. Məhkəmə növbəti prosesin dekabrın 17-də keçirilməsinə qərar verib.

Qeyd edək ki, “Open Arms” gəmisi yalnız 19 gün sonra məhkəmə qərarı ilə İtaliyanın Lampedusa adasına yan ala bilmişdi.

M.Salvininin rəhbərlik etdiyi Lig Partiyası və 5 Ulduz Hərəkatının yaratdığı koalisiya hökuməti 2018-ci ilin iyunundan 2019-cu ilin avqustuna qədər hakimiyyətdə olub. O, baş nazirin müavini və daxili işlər naziri vəzifələrini icra edib.

Tarix
2021.10.24 / 14:14
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla