Yuxarı

Hansı qırıcı daha üstündür: F-35, yoxsa Su-57?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hansı qırıcı daha üstündür: F-35, yoxsa Su-57?

Türkiyə də yerli döyüş təyyarələri istehsal etməyə başladı. 2023-cü ildə hazır olacaq, 2025-ci ildə sınaqdan keçirəcəyik və 2029-cu ildə havada görəcəyik.

Axar.az xəbər verir ki, bu açıqlama ilə “A Haber”in jurnalisti Kərim Ulak çıxış edib.

"Bu müddət ərzində Hərbi Hava Qüvvələri nədən istifadə etməlidir? Təbii ki, biz F-16-ları modernləşdirmişik. Türkiyə 2017-ci ildə F-35 layihəsinə daxil edilib və bu təyyarənin 1005 hissəsini istehsal etməyə başlayıb ki, bu da 7 faiz edir. 5-ci nəsil adlanan F-35 F-22-ləri əvəz etməyə başlayacaq. Türkiyənin də daxil olması ilə xərclər 10 faiz azalmışdı.

F-35-ləri, F-16-ları ala bilməsək, Türkiyə nə edəcək? Türkiyə lazımi addımları atacaq. Məsələn, Su-57... F-35-i digər döyüş təyyarələrindən fərqləndirən ən mühüm xüsusiyyət onun təkmühərrikli olmasıdır. Əslində dezavantajdır. Olduqca yüngül qırıcı təyyarədir. Bütün bombaları içində daşıyır. Deməli, o, belə demək mümkünsə, şar kimidir. Bu şəkildə yanacaq çəni də içəridədir.

O, daim nasazlıqlar yaradır və havada pilotlar üçün manevr qabiliyyəti çox aşağıdır. Onun ən mühüm üstünlüyü radara görünmədən düşmənin hava məkanına daxil olması və yer hədəflərini bombalamasıdır.

Hava döyüşlərində Rusiyanın Su-57 qırıcısı kifayət qədər üstünlüklərə malikdir. Ən vacib xüsusiyyət uçuş məsafəsidir. İki mühərriki var. Su-57-nin ən mühüm xüsusiyyəti 6 saatlıq uçuş müddətidir. F-35-də isə bu cəmi 2,5 saat təşkil edir", - K.Ulak qeyd edib.

Tarix
2021.10.26 / 08:45
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla