Yuxarı

Berlinin “Bayraqdar” etirazına Kiyevdən sərt cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berlinin “Bayraqdar” etirazına Kiyevdən sərt cavab

Ukrayna ordusunun Donbasdakı separatçılara qarşı “Bayraqdar” PUA-larından istifadəsini təkcə Rusiya yox, Almaniya da tənqid edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Bild” qəzeti yayıb. Məlumata görə, federal hökumət bütün tərəflərin bölgədə yalnız ATƏT-ə məxsus PUA-lardan istifadə edilməsi gərəkdiyini açıqlayıb. Almaniya hökuməti bütün tərəfləri deeskalasiyaya çağırıb.

Ukraynanın Berlindəki səfiri Andrey Melnik Almaniya hökumətinin reaksiyasını sərt tənqid edib:

“Ukrayna tərəfi Almaniya XİN-in bugünkü xəbərdarlığını qəti şəkildə rədd edir. Əgər ərazilərimiz gündüz və gecə Rusiya silahları ilə atəşə tutulursa, dinc sakinlər və əsgərlərimiz ölürsə, Ukraynanın özünmüdafiə üçün tam qanuni haqqı var. Kiyev Almaniya hökumətini dramatik situasiyaya narahatlığını bildirmək yerinə vasitəçilik rolu ilə bağlı səylərini gücləndirməyə çağırır. Berlində Normand sammitini çağırsın və Moskvanı öz yerinə oturtsun”.

Qeyd edək ki, Ukrayna ordusu 26 oktyabrda Donbasda ilk dəfə “Bayraqdar”dan istifadə edərək, düşmənin habitsasını məhv etmişdi.

Tarix
2021.10.28 / 10:27
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla