Yuxarı

Türkiyə və İsrail arasında 13 il sonra yaxınlaşma... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə və İsrail arasında 13 il sonra yaxınlaşma... - Video

2022.01.20 22:49

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrail xarici işlər naziri Yair Lapid arasında telefon danışığı baş tutub. Bu, son 13 ildə iki ölkənin XİN başçıları arasında baş tutan ilk telefon danışığıdır.

Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” qəzeti məlumat yayıb.

İsrail tərəfi bildirib ki, Çavuşoğlu Lapidə koronavirusa yoluxması ilə bağlı zəng vurub.

Təl-Əvivdəki mənbə qəzetə bildirib ki, İshaq Herzoqun Türkiyəyə səfəri ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, telefon danışığı bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə dost münasibət göstərməsindən sonra baş tutub. Ərdoğan bir neçə gün öncə çıxışında İsrail Prezidenti İshak Herzoq ilə görüşə biləcəyini demişdi və bildirmişdi ki, İsrail Baş naziri Naftali Bennett müxtəlif səviyyələrdə mesajlar göndərir.

Tarix
2022.01.21 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla