Yuxarı

Avtoritetlərin "sxodka"sı: Həsənov niyə döyüldü?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtoritetlərin "sxodka"sı: Həsənov niyə döyüldü?

Yekaterinburqda keçirilən kriminal avtoritetlərin görüşü (“sxodka”) avtoritet Marsel Həsənovla münaqişə ilə yekunlaşıb.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, görüşə gələnlərin Həsənov ilə bağlı çoxlu şikayətləri var idi. Avtoriteti döyməyə başlayıblar, amma o, qaçaraq maşına minib. Sonra Həsənovun maşınına avtomatlardan atəş açıblar, lakin avtoritet qaça bilib.

Eyni zamanda, Daxili İşlər Nazirliyinin Sverdlovsk Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix bildirib ki, münaqişə iştirakçıları qeydiyyatda olan travmatik tapançadan atəş açıblar. Ölən və yaralananlar olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Baş verənlərin şəraiti müəyyən edilir.

İlkin məlumatlara görə, münaqişə tərəflərdən birinin ağac kəsmə biznesi sahəsində maliyyə borcu ilə bağlıdır.

Qeyd olunur ki, tərəflərdən heç kim polisə müraciət etməyib, çünki o “ponyatiya”lara uyğun deyil. Amma hadisənin əsas iştirakçıları polis tərəfindən tez bir zamanda müəyyən edilib və dindirilib. Başlanmış yoxlama tədbirlərinin nəticələrinə əsasən əsaslandırılmış prosessual qərar qəbul ediləcək. Münaqişənin daha ətraflı və dəqiq şəraiti daxili işlər orqanları tərəfindən müəyyən edilir.

Marsel Həsənov qanuni oğru Əhməd Şalinskinin (Dombaev) nümayəndəsidir. Dombayev çeçenlər arasında əsas qanuni oğru adlandırılır. Həsənov Çelyabinsk vilayətinə “baxmağa” təyin edilmişdir, lakin onun Yekaterinburqda da maraqları var idi. Marseli ilk dəfə yayda döymək istəyirdilər, lakin sonra polis müdaxilə edərək, buna imkan verməyib.

Tarix
2022.01.27 / 00:43
Müəllif
Axar.az
Digər xəbərlər

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla