Yuxarı

Rusiya Donbasda müharibəyə başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Donbasda müharibəyə başladı

Ukraynanın şərqində böyük müharibə təkzib edilsə də, faktiki olaraq iki gündür savaşın başladığı təəssüratı formalaşdırılır.

Axar.az xəbər verir ki, son iki gündə Donbasdan 40 mindən çox yaşlı, uşaq və qadın təxliyə edilib. Təxliyə edilənlərin sayının 500-700 min arasında olacağı bildirilir.

Rusiyanın Donbasda 800 minə yaxın insana rus pasportu verdiyi bildirilir və beləliklə, bu ərazidə öz vətəndaşları uğrunda savaşa girmək üçün bütün hazırlıqlar tamamlanıb.

Ukrayna kəşfiyyatının məlumatına görə, Donbas ərazisində Rusiyanın 30 min hərbçisi var, üstəlik, sərhəd boyunca 130 mindən çox qüvvə cəmləşib. Bu qüvvələrin sayının bu həftə daha 30 min artacağı gözlənilir.

Lokal toqquşmaların getdiyini əks etdirən görüntülər yayılır: Luqanskda qaz xətti də daxil olmaqla, bir neçə partlayışın, Donetsk separatçılarının rus texnikası və hərbçilərinin dəstəyi ilə Ukrayna “diversantları”na qarşı ağır zirekli texnikadan istifadə etməklə əməliyyat həyata keçirdiyi və iki Ukrayna kəşfiyyatçısının öldürüldüyü videosu da paylaşılıb.

Bundan əlavə, ötən gün Donbas istiqamətindən hücum nəticəsində 2 Ukrayna əsgərinin öldüyü, 4-nün yaralandığı haqda açıqlama verilib.

Luqansk və Donetsk separatçı rejimləri gün ərzində “atəşkəsi”in onlarla dəfə pozulduğunu iddia edir və ağır silahlardan zərbələr endirildiyi bildirilir.

Donbasda atəş nəticəsində evlərə elektrik enerjisinin verilməsində fasilə yarandığı da vurğulanır.

Əlbəttə, Ukrayna rəsmiləri və mediası təsvir edilən gərginliyin heç də baş vermədiyini bildirir. Donbasın Ukraynanın nəzarət etdiyi ərazisində də heç bir təxliyə yoxdur, amma təxliyə üçün artıq plan hazırlandığı, istənilən an bunu icra etməyə hazır olduqları açıqlanıb.

Buna baxmayaraq, gecə saatlarında RİA əməkdaşları Donetsk və Luqanskda ardıcıl partlayışlar barədə yazır və video yayırlar.

Donbasda səfərbərlik elan edilib, Rusiya lideri Vladimir Putin nüvə raketinin sınaqlarına start verib.

Faktiki olaraq Rusiya artıq müharibənin başladığı təəssüratını yaradır. Rusiya mediası da bu istiqamətdə çox ciddi şəkildə çalışır. Elə rəy yaradılıb ki, Rusiya ordusunun bu məqamda hücuma keçməsi deyil, keçməməsi “qəribə” gəlir...

Tarix
2022.02.20 / 16:30
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla