Yuxarı

Bolqarıstanı xaos gözləyir: Bakı qazı yetməyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bolqarıstanı xaos gözləyir: Bakı qazı yetməyəcək

Rusiya qazının nəqlinin dayandırılmasından sonra Bolqarıstanı xaos və xarabalıq gözləyir.

Axar.az xəbər verir ki, bu barədə "Dir.bg" portalına müsahibə verən ekspertlər bildiriblər.

Ölkənin keçmiş energetika nazirinin müavini Yavor Kuyumciyevin sözlərinə görə, Sofiyanın milli marağı vətəndaşların sərfəli qiymətlərlə istilik və elektrik enerjisi alması, biznesin fəaliyyət göstərməsi üçün lazım olan resurslarla təmin olunmasıdır:

“Xaos gələcək. 2021-ci ildə Bolqarıstan 3,2 milyard kubmetr qaz istifadə edib ki, bunun da 75 faizindən çoxu Rusiyadan, qalan 300 milyona yaxını Azərbaycandan, təxminən 250 milyonu isə müxtəlif maye qaz mənbələrindən əldə edilib. Rusiya tədarükü olmasa, Bolqarıstanın 2,5 milyard kubmetr qazı çatışmayacaq və onu doldurmaq mümkün deyil”.

Çörəkçilərin və Şirniyyatçıların Milli Filial İttifaqının idarə heyətinin sədri Mariyana Kukuşevanın sözlərinə görə, yanacaq tədarükündə kəskin azalma çörəkbişirmə sənayesinə təsir edəcək.

Qeyd olunub ki, Bolqarıstanda yanacağın olmaması və yanacağın qiymətinin artması səbəbindən bir çox müəssisə bağlanacaq. İki gübrə zavodunun bağlanmasından sonra kənd təsərrüfatı da risk altında olacaq.

Eyni zamanda, sahibkar Krasimir Kumçev bu il günəbaxan və qarğıdalı məhsuldarlığının aşağı düşəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, Rusiya rublla ödəniş şərtindən imtina etdiyi üçün Polşa və Bolqarıstana qaz tədarükünü dünəndən dayandırıb. Bolqarıstanın Baş naziri Kiril Petkov da Azərbaycan qazının və müştərək LNG alışlarının təşkilində AB-nin köməyinə arxalandıqlarını vurğulayıb.

Tarix
2022.04.29 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla