Yuxarı

Aylan Kürdinin atası qaçaqmalçı olub – İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aylan Kürdinin atası qaçaqmalçı olub – İddia

Bodrum sahilinə çıxan cansız bədəni ilə miqrant probleminin dünya gündəminə gəlməsində böyük rol oynayan 3 yaşlı Aylanın atası Abdulla Kürdi insan qaçaqçısı imiş.

Axar.az xəbər verir ki, bu iddia Aylan Kürdinin də həlak olduğu bədbəxt hadisədə həyat yoldaşı və iki uşağını itirən Zeynəb Abbas adlı bir ana tərəfindən səsləndirilib.

İraqdan Avstraliya televiziyasına tərcüməçisi vasitəsi ilə açıqlama verən Z. Abbas batan gəmini Abdulla Kürdinin sürdüyünü iddia edib. Z.Abbas A.Kürdinin batmazdan əvvəl gəminin sürətini artırdığını, həyat yoldaşının xəbərdarlığına baxmayaraq, sürəti azaltmadığını bildirib. Z.Abbasın başqa bir iddiası da Kürdi ilə əvvəlcə bir kafedə görüşüb ona özünü və ailəsini Avropaya aparması üçün 10 min dollar ödəməsidir. Avstraliya mətbuatına görə, Z.Abbas Avstraliyadan sığınacaq istəyir.

Amerikan "Uol strit" jurnalına açıqlama verən A.Kürdi isə bu iddiaları rədd edib. O, gəminin türk kapitanının mühərrikin dayanmasından az əvvəl özünü dənizə atdığını söyləyib:

"Ailəmi, həyatımı itirdim. Hər şeyimi itirdim. Qoy, nə deyirlər desinlər".

Xatırladaq ki, bir müddət əvvəl Suriyadan Avropaya qaçmaq istəyən Kürdi ailəsi və bir neçə başqa suriyalının mindiyi gəminin mühərrikində problem yarandığı üçün dənizdə batıb. Həmin qəzada A.Kürdi həyat yoldaşını və iki övladını itirib. 3 yaşlı A.Kürdinin dəniz sahilinə çıxan meyitinin fotosu sürətlə bütün dünyaya yayılaraq suriyalı mühacirlərin simvoluna çevrilib.

Tarix
2015.09.12 / 20:59
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla