Yuxarı

Rus ordusunu bu cür təsəvvür etmirdik - Leviyev

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus ordusunu bu cür təsəvvür etmirdik - Leviyev

Rusiya üçün hər şeyin daha uğurlu olacağını gözləyirdik, lakin zəif komandanlıq və hazırlığın olmaması səbəbindən hər şey dağıldı.

Axar.az xəbər verir ki, bunu “Conflict İntelligence Team” araşdırma qrupunun həmtəsisçisi Ruslan Leviyev deyib.

“İndi əməliyyat lokal döyüşlər formatına keçib. Rusiya ordusu növbəti dəfə Donbasda mühasirə yaratmağa çalışır. Bu müharibənin müxtəlif dövrlərində rus qoşunları müxtəlif ölçülü “sancaqlar” düzəltməyə çalışırdılar. Amma mən “Azovstal”dan başqa bir real uğur görmürəm. Hər dəfə də onların planları iflasa uğrayır”, - R.Leviyev vurğulayıb.

Leviyev hesab edir ki, səfərbərlik olmasa, Rusiya ordusu vəziyyəti dəyişə bilməyəcək:

“Fevralın əvvəlində biz Rusiya üçün hər şeyin daha uğurlu olacağını gözləyirdik, lakin zəif komandanlıq və hazırlığın olmaması səbəbindən hər şey dağıldı. Səfərbərlik düzgün həyata keçirilərsə, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmağa və onları ələ keçirməyə kömək edə bilər. Əgər səhv etsəniz, heç nə dəyişməyəcək və hər şey indiki kimi olacaq. Hazırlıq üçün ən azı bir-iki ay vaxt verməsəniz, səfərbərliyin bir mənası olmayacaq”.

Tarix
2022.05.22 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan bu 7 nəfər axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla