Yuxarı

İrəvanda güclü partlayış: 3 ölü, 61 yaralı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda güclü partlayış: 3 ölü, 61 yaralı - Video

14:08

İrəvandakı “Sürməli” ticarət mərkəzində partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerinə 6 yanğın-xilasetmə bölməsi və təcili tibbi yardım maşınları göndərilib.

Nazirlik çoxlu sayda yaralının olduğunu bildirib.

Erməni Teleqram kanallarının yaydığı məlumata görə, partlayış pirotexniki avadanlıqların yanması nəticəsində baş verib.

***

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın nəticəsində 1 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

***

İrəvandakı “Sürməli” ticarət mərkəzində baş verən partlayış nəticəsində yaralananların sayıt artıb. Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xəstəxanalara 30 yaralı yerləşdirilib.

***

Ticarət mərkəzində baş verən partlayışda yaralananların sayı 51-ə çatıb.

***

Ticarət mərkəzində baş verən partlayış zamanı xəsarət alanların sayı 57 nəfərə çatıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, yaralanan 36 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin isə qənaətbəxşdir.

***

Dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb. Şəxsiyyəti məlum deyil. Onun 40-45 yaşlarında qadın olduğu bildirilir.

Bu barədə Ermənistan FHN məlumat yayıb.

***

Baş verən partlayış zamanı yaralananların sayı 60-a çatıb.

***

Partlayış nəticəsində baş verən dağıntılar altından daha bir nəfər çıxarılıb. Bununla da ölənlərin sayı 3-ə çatıb.

***

Son məlumata görə, partlayış nəticəsində yaralananların sayı 61-ə çatıb. 27 nəfərin taleyi naməlum olaraq qalır.

Tarix
2022.08.14 / 23:41
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokol qaydasını bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla