Yuxarı

Putin Sərkisyanın yerinə yaxın dostunu gətirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Sərkisyanın yerinə yaxın dostunu gətirir

Ümumdünya erməni konqresi və Rusiya erməniləri birliyinin rəhbəri Ara Abramyan bu gün İrəvana gəlib.

Axar.az Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verir ki, Abramyan Rusiya erməniləri təşkilatının təşkil etdiyi tədbirdə iştirak edəcək.

Ara Abramyan Rusiya Prezidenti Vladimir Putinin yaxın dostudur və onun Ermənistanın hazırkı Prezidenti Serj Sərkisyana siyasi rəqib olaraq fəaliyyətdə olduğu bildirilir. O, 2015-ci ilin yayından etibarən Ermənistanda siyasi fəaliyyətə keçmək üçün aktiv işlər görməyə başlayıb. Məlumata görə, Abramyan özünə siyasi dayaq yaratmaq məqsədi ilə Qanunlar Ölkəsi Partiyasını intensiv şəkildə maliyyələşdirməyə başlayıb.

Bundan başqa o, oktyabrın 14-də yeni bir partiyanın yaradılacağını elan edib. O, yeni partiyasının layihəsi üzərində yüzə qədər aparıcı ekspertin işlədiyini bildirib. Partiyasının əsas məqsədlərindən biri erməni-rus əlaqələrinin möhkəmləndirilməsi istiqamətində olacaq.

Hazırda, Ermənistanda fəaliyyətini genişləndirən Ara Abramyanın müavini, Ermənistan Demokrat Partiyasının sədri Aram Sərkisyan hökumətinin tənqidi ilə məşğul olur. Digər müavini Mher Şahgəldiyan isə yeni yaradılacaq partiyasının gələcək seçkilərdə iştirakını təmin etmək məqsədilə partiyanın yeni formatını hazırlayır.

Ermənistan KİV-də yayılan xəbərlərə görə, Ermənistanın növbəti prezidenti Rusiyanın dəstəyi ilə Qanunlar Ölkəsi Partiyasının sədri Artur Bağdasaryan, baş nazir isə Ara Abramyan seçiləcək. Ermənistan klanının nümayəndələri Abramyan və Bağdasaryan Qarabağ klanının təmsil olunduğu hazırkı hakimiyyətə qarşı güclü rəqib birliyi hesab olunur.

Qeyd edəki ki, iyunun 15-də Serj Sərkisyan ilə Ara Abramyan arasında baş tutmuş görüşdə Sərkisyan ona prezidentlik və ya baş nazir ambisiyalarından əl çəkməyi təklif edib.

Ehtimal olunur ki, Serj Sərkisyan hazırkı Baş nazir Hovik Abrahamyanı qurban verərək yerinə növbəti ildən Rusiyadan ixrac edilən qazın yenidən bahalaşmaması üçün Ara Abramyanı təyin etmək məcburiyyətində qalacaq. Ermənistan ilə Rusiya arasında qaz ixracı ilə bağlı bağlanmış müqavilənin vaxtı dekabr ayının 31-də bitir.

Tarix
2015.10.12 / 19:27
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla