Yuxarı

Saakaşvilini buna görə cəzalandırırlar - Meliya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir Gürcüstan dövlətini yaratmaqla rusların imperialist arzusuna təhlükə yaratdığı üçün Saakaşvilini cəzalandırırlar. O, əsirlikdən yalnız bir halda azad edilə bilər - əgər dövlətimizi rus oliqarxının, yəni Rusiyanın əlindən ala bilsək.

Axar.az xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya bildirib.

Onun sözlərinə görə, hazırda Saakaşvili ilk dəfə Rusiyaya qarşı çıxmağa cəsarət etdiyinə görə cəzalandırılır.

“Mixail Saakaşvilinin rus oliqarxının əsirliyində olmasından bir il ötür. “Rus Arzusu” Mixail Saakaşvilini niyə və nəyə görə həbs etdi? Uşaq da bilir ki, onu sərhədi keçdiyinə görə saxlamayıblar. Onu nə aldığı gödəkçələrə, nə Kaçinskinin məzarı üzərinə əklil qoyduğuna, nə əfv etmək hüququndan istifadə etdiyinə, nə də hakimiyyətdə olduğu dövrdə baş vermiş səhvlərə görə həbsxanaya salıblar. Saakaşvilini Rusiyadan ayrı müstəqil dövlət yaratmaq cəsarətinə görə, İvanişvili və onun dəstəsinin on ildir ki, məhv etdiyi bu dövləti qorumaq üçün gürcü xalqının yanına qayıtmaq cəsarəti göstərdiyinə görə həbs ediblər. “Rus arzusu” Saakaşvilini məhz ona görə cavab verməyə vadar etdi ki, o, müasir Gürcüstan dövlətini yaratmaqla rusların imperialist arzusuna təhlükə yaradıb. O, ilk dəfə olaraq Putinə qarşı çıxmağa cəsarət etdiyinə görə cəzalandırılır”, - Meliya qeyd edib.

Tarix
2022.10.01 / 19:53
Müəllif
Axar.az
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla