Yuxarı

Türkiyənin ən böyük su anbarı istifadəyə verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Artvin bölgəsində yeni inşa edilmiş, böyüklüyünə görə ölkədə birinci, dünyada beşinci yerdə olan “Yusifəli” su anbarı və su elektrik stansiyasının (SES) açılışı olub.

Axar.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan SES hövzəsində su toplanmasına başlanması, eləcə də yeni yaşayış yerləri də daxil olmaqla digər təsisatların istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimin açılışında çıxış edib.

Çıxışında Türkiyənin bütün sahələr üzrə çoxşaxəli inkişafda olduğunu diqqətə çatdıran dövlət başçısı əminliklə bildirib ki, ölkə üzrə yeni-yeni infrastrukturların təsis edilməsi bundan sonra da dinamik şəkildə davam edəcək.

Qeyd edək ki, “Yusifəli” SES-in bəndinin qövsvari uzunluğu 275 metrdir. 2018-ci il iyulun 11-də təməli atılan bəndin tikintisində ümumilikdə 4 milyon 61 min kubmetr beton işlədilib. Su anbarı çərçivəsində ümumilikdə 69,2 kilometr uzunluğunda yol çəkilib. Yolun üzərində 39 tunel və 19 körpü var. SES elektrik istehsalına başlayandan sonra ildə təxminən 4,1 milyard türk lirəsi gəlir gətirəcək. Bundan başqa ətraf bölgələrdə suvarma şəraiti yaxşılaşacaq. Ölkə üzrə istehsal olunan elektrik enerjisinin 2 faizi “Yusifəli” SES-in payına düşəcək. Ölkə ərazisindəki ən azı 2,5 milyon ev bu SES-dən paylanacaq elektrikdən bəhrələnəcək.

Tarix
2022.11.22 / 19:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan

XİN-dən Vaşinqton görüşünün detalları ilə bağlı açıqlama

Tokayevdən sülh razılaşmasına reaksiya

Tramp İlham Əliyevə papaq hədiyyə etdi - Video

Bayramov və Mirzoyan ATƏT sədrinə müraciət imzaladı

Bakı və İrəvan arasında imzalanmış tarixi saziş... – Şərif

Fidan Bayramovla danışdı: Sülh sazişinin paraflanması...

Əfsuslar olsun ki, Bayden administrasiyası... - İlham Əliyev

Sülh sazişinin mətni bu tarixdə dərc olunacaq

Ağ Evdə tarixi saziş: Dörd mühüm detal...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla