Yuxarı

Ağ Evdə tarixi saziş: Dörd mühüm detal...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağ Evdə tarixi saziş: Dörd mühüm detal...

Vaşinqtonda Əliyev, Paşinyan və Tramp Azərbaycan-Ermənistan münasibətləri, ümumilikdə Cənubi Qafqazda yeni dövrün başlanğıcı hesab ediləcək Birgə Bəyannamə imzaladı. Bəyannamə rəsmi Bakının sülh sazişinə dair irəli sürdüyü bütün tələblərinin qəbul edilməsi deməkdir.

Birincisi, de-fakto mövcud olmayan Minsk Qqrupu de-yure arxivə göndərilir;

Bəyannamədə Azərbaycan və Ermənistanın Minsk Qrupunun ləğv edilməsi məqsədilə ATƏT-in baş katibinə birgə müraciəti təsdiq olundu. Beləliklə, rəsmi Bakı istədiyinə nail oldu:

- Artıq mövcud olmayan Minsk Qrupu de-yure də ləğv edilir;

- Keçmiş “Dağlıq Qarabağ” münaqişəsi məsələsi rəsmi şəkildə tamamilə bağlanır;

İkincisi, Ermənistan Konstitusiyası dəyişdiriləcək;

Bəyannamədə qeyd olunur ki, “biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik”. Bu o deməkdir ki, yekun sülh sazişinin imzalanması üçün “əlavə tədbirlər”, yəni Ermənistan Konstitusiyası dəyişdirilməsi təmin ediləcək, yalnız bundan sonra imzalar atılacaq.

Üçüncüsü, Zəngəzur dəhlizi reallaşır;

Bəyannamədə Azərbaycanın Naxçıvana maneəsiz çıxının təmin edilməsi – Zəngəzur dəhlizi ilə bağlı iki qeyd yer alır.

1. “Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı”dır.

2. “Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ-la və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlə əməkdaşlıq edəcəkdir” deyilir: burada “üçüncü tərəf” Azərbaycandır;

Layihə TRİPP adlandırılsa da, söhbətin məhz Zəngəzur dəhlizindən – Azərbaycanın Naxçıvana maneəsiz keçidindən getdiyi aydındır.

Dördüncüsü, sülh sazişinin paraflanmasıdır;

Bəyannamədə tərəflərin saziş mətninin parafladığı əksini tapır. Sazişin paraflanması yekun müqavilənin bağlanması demək olmasa da, irəliyə doğru ciddi addım kimi qəbul edilə bilər. Artıq yekun sülh müqaviləsinin önündə ciddi maneə qalmayıb.

- ATƏT-in Minsk Qrupunun de-yure buraxılması ilə bağlı müraciət edildi;

- Azərbaycanın Naxçıvana maneəsiz keçidinin təmin edilməsi – Zəngəzur dəhlizi reallaşdırıldı;

- Həllini gözləyən məsələ Ermənistan Konstitusiyasının dəyişdirilməsidir;

Bölgədə yeni mərhələ başlayır və bu mərhələnin başlanğıcı olan Vaşionqton görüşünün nəticələrinə görə, müharibənin qalibi olan Azərbaycan sülh masasında da qazandı.

Tarix
2025.08.09 / 08:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Ermənistanda Konstitusiya layihəsi dərc olundu - Mühüm detal

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla