Yuxarı

Bu ölkə sülh sazişinin şərtlərini pozur - Çavuşoğlu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə sülh sazişinin şərtlərini pozur - Çavuşoğlu

Yunanıstan Lozanna sülh müqaviləsinin şərtlərini və soydaşlarımızın insan haqlarına dair prinsipial hüquqlarını pozmaqda israrla davam edir. Qərbi Trakya türklərini heç vaxt tək qoymadıq, qoymayacağıq da!

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qərbi Trakya Türk Azlığı Məsləhət Şurasının üzvləri ilə görüşündə deyib.

Yunanıstanın yeni müftilik qanununun Lozanna sülh müqaviləsinə zidd olduğunu xatırladan nazir Mövlud Çavuşoğlu deyib:

“Yunanıstan qanunsuz maliyyə yoxlamaları və əsasız vergi cərimələri tətbiq etməklə türk azlığına qarşı ayrı-seçkilik edir”.

Yunanıstanda son 15 ildə türk azlığa məxsus 90-dan çox ibtidai məktəbin bağlandığını diqqətə çatdıran nazir deyib ki, türklərə məxsus məktəblərin yenilənməsinə və genişlənməsinə icazə verməmək, müəllim hazırlanmasına, türkcə dərs vəsaitlərinin nəşrinə mane olmaq kimi əməllərin siyahısı uzundur.

Qeyd edək ki, 1923-cü ildə imzalanmış Lozanna sülh müqaviləsinə görə, Yunanıstan öz ərazisində yaşayan müsəlman-türkləri ölkə əhalisinin azlıq qrupu kimi tanımış, onların hüquq və bərabərliyini qorumağa zəmanət vermişdir. Ən azı 150 min müsəlman-türk Yunanıstandakı dədə-baba yurdunda məskundur. Təəssüf ki, xüsusilə son illər başda məscid və məktəblərin fəaliyyəti olmaqla türk toplumunun sosial həyat tərzinə qarşı məqsədyönlü ayrı-seçkilik siyasəti yürüdülür.

Tarix
2022.12.09 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

Sülhə nail olunub - İlham Əliyev

Azərbaycan-AB tərəfdaşlığı: Üfüqdən o yana baxış... - Hacıyev

Fatimənin əmisindən ürəkdağlayan sözlər - Video

Azərbaycan nadir ölkələrdəndir ki... - Leyen

Qaz ixracımızın yarısı AB-nin payına düşür - Prezident

Leyendən Əliyevə: Siz öz liderliyinizi nümayiş etdirdiniz!

Bu, hər bir ölkə üçün milli maraq məsələsidir - Prezident

Azərbaycanda vəzifəli şəxs istefa verdi

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

Ticarətin 70 faizdən çoxu Azərbaycanın payına düşür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla