Yuxarı

İran susdu, Nikol isə Türkiyəyə başsağlığı verdi? - Qriqoryan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyədə baş verən zəlzələyə görə Ankaraya başsağlığı verməsi erməni politoloqları tərəfindən birmənalı qarşılanmayıb. Əksər politoloqlar Paşinyanı “erməni Villi Brandt” (Almaniya Federativ Respublikasının federal kansleri, Nobel sülh mükafatı laureatı – red.) adlandıraraq, onun başsağlığı verməsini ələ salıblar.

“Ermənistanın Baş naziri niyə Türkiyəyə başsağlığı verir? Niyə Ankaraya kömək təklif edir?! Bu suala ancaq Paşinyanın özü cavab verə bilər. Ümumiyyətlə, Türkiyəyə bir kəlmə də başsağlığı verilməməlidir. Yalnız Suriya. Çünki orada ermənilər də ölüb. Amma Türkiyədə erməni ölməyib. Buna baxmayaraq, Paşinyan özünü böyük siyasətçi kimi aparır. Baxın, müsəlman İran Türkiyədə baş verənlərə qətiyyən reaksiya vermədi”.

Axar.az xəbər verir ki, bunu erməni politoloqu Qalust Qriqoryan deyib.

“Türkiyə rəsmi Bakını hər zaman dəstəkləyir. Xüsusilə də Qarabağ mövzusunda. Bəs Ermənistan Türkiyəyə kömək edərkən bütün bunları niyə unutmalıdır?! Üstəlik, Ermənistanın heç kimə sırf simvolik yardım etmək imkanı belə yoxdur. Ölkəmizin özünün köməyə ehtiyacı var. Birdəfəlik deyil, tam və daimi. Türkiyəyə kömək edənlər onsuz da var”, - o bildirib.

Tarix
2023.02.07 / 16:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla