Yuxarı

Şok plan: Putin Ukraynanın işğalına necə hazırlaşıb? - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal planını Kreml elitasından gizli hazırlayıb və hərbi təcavüz elitada narazılıq yaradıb.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Kremlin bütün ali rəhbərliyi işğaldan ancaq həmin səhər Putinin televiziyada “xüsusi hərbi əməliyyat” elan edən zaman xəbər tutub. Daha sonra Kremlə rus oliqarxları toplaşıb. Hamı tamamilə çaşqın vəziyyətdə olub”, - nəşr bildirib.

Nəşr yazır ki, oliqarxlardan biri xarici işlər naziri Sergey Lavrovdan Putinin dar çərçivədə belə kütləvi işğalı necə planlaşdıra biləcəyini soruşub. Çünki Kremldə, iqtisadi kabinetdə və biznes elitasının əksər yüksək vəzifəli məmurları belə bunun mümkün olduğuna inanmırdılar. “Onun üç müşaviri var: İvan Qroznı, Böyük Pyotr və Yekaterina”, - Lavrov cavab verib.

“Putinin işğal planına görə, rus qoşunları Kiyevi nisbətən qansız blitskriqlə bir neçə gün ərzində ələ keçirməli idi”, - nəşr yazıb.

Nəşr bildirib ki, onu tanıyanların dediyinə görə, işğalın Rusiyaya baha başa gələcəyi Putinə aydın olsa da, Kreml lideri həmişə olduğu kimi məsələni həll etməkdə qərarlı idi.

“Hər şey dəhşətli dərəcədə səhv getdi. Putin hərbi əməliyyatlara haqq qazandırmaq üçün yeni arqumentlər axtarır və israr edir ki, istənilən vasitə ilə işğalı davam etdirməkdən başqa seçimi yoxdur. O, yaxın adamlarına deyir: “Belə çıxır ki, biz tamamilə hazırlıqsız idik. Orduda özbaşınalıqdır. Sənayemiz bərbad vəziyyətdədir. Amma nə yaxşı ki, biz bunu NATO-nun bizə hücumu zamanı deyil, elə indi bildik”, - keçmiş yüksək rütbəli rusiyalı məmur deyib.

“Faynənşl Tayms” yazıb ki, Putini tanıyanlar onu müharibə başlayandan bəri daha da təcrid olunmuş lider kimi xarakterizə edirlər:

“Stalin bədxah, amma yaxşı idarəçi idi, çünki onu aldatmaq olmazdı. Amma heç kim Putinə həqiqəti deyə bilməz. Putninin təcridi COVİD-19 pandemiyası zamanından dərinləşib. O zaman o, əvvəllər onunla əlaqədə olan nisbətən liberal, qərbyönümlü sirdaşlarından əlaqəni böyük ölçüdə kəsmişdi. Əvəzində o, ilk bir neçə ayı Valdaydakı iqamətgahında yaxın oliqarx Yuri Kovalçukla keçirdi və bu, Putini Böyük Pyotr kimi Rusiyanın böyüklüyünü təsdiqləmək kimi tarixi missiyası haqqında düşünməyə ruhlandırdı.

Bundan əlavə, Putin mümkün işğal üçün planlar hazırlamağa başlayanda onun qızının xaç atası Viktor Medvedçuk israr etdi ki, ukraynalılar qucaqlarını açıb rus qoşunlarını qarşılayacaqlar.

Planın bir hissəsinə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin cəlb edilməsi nəzərdə tutulurdu. O, Medvedçukun Rusiyanın dəstəyilə Ukraynanı idarə etməsini qanuniləşdirəcək videomüraciət etməli idi.

Müharibə davam etdikcə, Putin Rusiyanın səhv hesablamalarını dərk etməyə başladı və bu, onu daha aşağı səviyyələrdə olan insanlardan daha çox məlumat almağa sövq etdi.

Mənbələr deyirlər ki, Putinin yeni skeptisizmi onun işğalın ilk növbədə səhv olduğunu etiraf etmək istəməməsi ilə məhdudlaşır. Müharibəyə qarşı çıxan bəzi liberal məmurlar sanksiyaların Rusiya iqtisadiyyatına vura biləcəyi iqtisadi ziyana işarə edərək, onu müharibəyə son qoymağa inandırmağa çalışırlar.

Amma Putin onlara artıq xərcləri hesabladığını deyir. Deyir ki, biz çox böyük qiymət ödəyirik, başa düşürəm. Bunun nə qədər çətin ola biləcəyini düzgün qiymətləndirmirdik:

“Amma bir dəlini necə inandıra bilərsən? Bunun səhv olduğunu başa düşsə, beyni qarışacaq”.

Tarix
2023.02.24 / 11:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla