Yuxarı

Rusiya Krımı itirsə, Putin devrilməyəcək - Şeytelman

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Putinin çevrəsində onun sonunu istəyən az deyil, amma bu ətrafa Krım lazım deyil.

Axar.az xəbər verir ki, bunu siyasi strateq, politoloq Mixail Şeytelman deyib.

"Putin könüllü və şüurlu şəkildə öz taleyini seçdi, qalanları isə seçmədi. Onunla birlikdə bir neçə başqa yaxın adam da onun taleyini seçdi. Ümumiyyətlə, onun dostları arasında Putinin taleyini seçən müəyyən minimum sayda insan var. Qalanların isə indi ümumiyyətlə Putinə ehtiyacı yoxdur, çünki onların hər biri başa düşür ki, bütün bunlar indi uzunmüddətli perspektivdə uçuruma gedir”, - politoloq bildirib.

O, eyni zamanda qeyd edib ki, Putinin ətrafı Ukraynanın işğalını dayandırmaqda maraqlı deyil, çünki onlar indi bu müharibə ilə aktiv şəkildə varlanırlar:

"Federal Məclisin ilk cərgələrində oturanların hər birinin öz "meydanı" var. Biri raket istehsal edir, digəri forma tikir, üçüncüsü əsgər yığır, buna uyğun olaraq kimisə aparmamaq üçün pul alır, dördüncüsü sərhəddə çıxış vəsiqəsi verir. Hamısı oturub axırıncı günə kimi oğurluğa qalır, çünki həyatlarında bir daha belə şansın olmayacaqlarını anlayırlar".

Şeytelman onu da vurğulayıb ki, Putinin Krımı itirməsi onun reputasiyasına zərbə vurmayacaq, çünki onun ətrafının yarımadaya ehtiyacı yoxdur:

"Fikirləşirdim ki, əgər Xerson azad edilsə, o zaman Putin devriləcək. Amma elə olmadı. Onun ətrafındakı bütün bu siyasilərə Krımın harda olması heç də maraqlı deyil. Sərhədlər nədir, bu Krım haradır və s. Bəli, coğrafi olaraq bilirlər, amma dünya mənzərəsində fərqi yoxdur. Onlar üçün önəmli olan kiminsə vəzifəsi və nə qədər pulunun olmasıdır. Ona görə də orada heç kim Putini qovmayacaq. Mən düşünmürəm ki, Krımın itirilməsi Putinin hakimiyyəti bahasına başa gələcək”.

Tarix
2023.02.27 / 02:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla