Yuxarı

Saakaşvili Tiflisə buna görə qayıtmışdı - Qaribaşvili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvili Tiflisə buna görə qayıtmışdı - Qaribaşvili

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili vətənə Rusiyaya qarşı müharibəyə və ikinci cəbhənin açılmasına zəmin yaratmaq üçün qayıtmışdı.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı deyib.

“Onun (Saakaşvilinin - red.) sadəlövh hesablamalarına görə, inqilab olmalı, qan tökülməli, hakimiyyəti zorla devirməli və seçkilər pozulmalı idi. Bu da tam olaraq artıq danışıqların başladığı dövrə təsadüf edir. Biz partnyorlarımızdan noyabr və ya dekabrda (2021-ci il - red.) Ukraynada müharibə başlanacağı məlumatını almışdıq. Ancaq bu, bir neçə ay müddətinə təxirə salınmışdı. Bu dövrü təsadüfən qeyd etməmişəm, hökuməti devirmək, çevriliş və inqilab təşkil etmək niyyəti Saakaşvilinin gəlişi ilə üst-üstə düşür. Bunu bir neçə ay sonra Ukrayna hökumətinin bəyan etdiyi məqsədlə və əməlləri ilə əlaqələndirsək, onların vəzifəsinin Gürcüstanda ikinci cəbhə açmaq olduğu aydın olar. Düşünürəm ki, heç kəsin şübhəsi və sualı olmayacaq ki, Saakaşvilinin səfəri Gürcüstanda müharibənin başlanmasına zəmin yaratmaq məqsədli olub. Təbii ki, bu plan iflasa uğradı, ölkəmizin daxili və xarici düşmənləri uduzdu”, - Qaribaşvili bildirib.

Tarix
2023.03.24 / 15:49
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla