Yuxarı

ABŞ və İranın Suriyada toqquşma səbəbi… - Ağar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və İranın Suriyada toqquşma səbəbi… - Ağar

ABŞ və İsrail qırıcılarının Suriyadakı son hücumları İrana bağlı qüvvələrin bir neçə gün bundan öncə Deyr əz-Zor əyalətindəki “Ömər” neft yatağı yaxınlığında yerləşən hərbi bazasına raket zərbəsi endirilməsinə cavab xarakteri daşıyırdı. Əlbəttə, pərdə arxasında görünməyən səbəblər də var.

Bu sözləri Axar.az-a Suriyada ABŞ ordu birləşmələri və İrana bağlı güclər, eyni zamanda rejim qüvvələri arasında baş verən döyüşün səbəbləri haqqında danışan terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyib.

Ağar Türkiyə ilə Suriya rejimi arasında münasibətlərin düzəlməsi ehtimalının bölgədə qırılmalara səbəb olduğunu bildirib:

“Şam Qurtuluş Heyəti (Heyəti-Təhriri-Şam) ilə rejim əsgərləri arasında baş verən toqquşmanın səbəbi isə son məsələdən tamam fərqlidir. Belə də deyə bilərik ki, Türkiyənin Suriya məsələsindəki mövqeyində baş verə biləcək dəyişikliklər, türk əsgərlərinin oradan çıxacağı ilə bağlı bəzi şayiələr bölgədə mövcud status-kvoda qırılmalara səbəb oldu. Hələ bu şayiədir, ortada konkret bir addım yoxdur. Çünki Türkiyə Suriyadan çəkiləcəyi təqdirdə bölgədəki aktorların mövqeyinin dəyişməyi və yaşana biləcək mübarizə, oradakı mülki əhali ilə bağlı suallar çox önəmlidir. Ən önəmli məqam isə Əsədlə anlaşmaq deyil, Suriyanın ərazi bütövlüyünü qorumaq üçün bütün aktorları ortaq məxrəcə gətirməkdir. Şam Qurtuluş Heyəti və digər sünni qruplarla Əsədin arasındakı razılaşmaların hansı formada əldə olunacağı da hələ bəlli deyil. Türkiyənin Əsədin istəklərinə müsbət cavab verməsi halında ortaya çıxacaq demoqrafik və topoqrafik vəziyyət haqqında indidən nəsə qəti bir şey demək də çətindir. Amma nə olursa olsun, Türkiyə yeni bir tələyə düşməməlidir. Baş verən toqquşmaların da müəyyən mənada bu sadaladığımız məsələlərlə əlaqəsi var”.

Tarix
2023.03.26 / 13:50
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla