Yuxarı

Menendez və erməni arvadı rüşvət alıb? - FTX

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Menendez və erməni arvadı rüşvət alıb? - FTX

Federal Prokurorluq və Federal Təhqiqat Bürosu (FTX) artıq federal cinayət təhqiqatında olan və Nyu Cersidən olan senator – ermənipərəst Robert Menendez və onun milliyyətcə erməni olan həyat yoldaşı Nadin Arslanyanın halal ət istehsalı üzrə fəaliyyət göstərən və barəsində təhqiqat aparılan şirkətdən lüks avtomobil və Vaşinqtonda mənzil formasında rəsmiləşdirilməmiş hədiyyələr alıb-almadığını araşdırır.

Axar.az Report-a istinadən xəbər verir ki, Menendezlə bağlı aparılan araşdırma hökumətin yuxarıda adı çəkilən ət şirkətinin ofislərində və onun prezidentinin evində aparılan axtarışla bağlıdır.

Axtarışlar Misir hökumətinin 2019-cu ildə ABŞ-ın “IS EG Halal” şirkətini dünyanın istənilən yerindən ölkəyə halal ət idxalının yeganə səlahiyyətli idxalçısı etmək qərarından sonra başlayıb. ABŞ Kənd Təsərrüfatı Nazirliyi xəbərdarlıq edib ki, bu addım Misirdəki 90 milyon müsəlman üçün ətin qiymətini qaldıra və bazar nizamını poza bilər.

Oktyabr ayında ilk çağırışlar açıqlanandan bəri, son vaxtlara qədər Menendezlə bağlı federal araşdırmanın irəliləyişinə dair çox az xarici əlamət var idi. İki həftə əvvəl eyni araşdırma çərçivəsində Manhetten prokurorluğu Nyu Cersi qanunvericilik orqanında “ilişib qalan” və Hudzon çayı boyunca tikinti layihələrinin hündürlüyünü məhdudlaşdıran qanun layihəsi ilə bağlı sənədləri yenidən araşdırmağa başlayıb. Çağırış vərəqəsində Menendez, onun həyat yoldaşı, eləcə də regionun ən məşhur daşınmaz əmlak sahiblərindən biri olan Fred Daybes haqqında hər cür məlumat istənilib.

Tarix
2023.05.27 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla