"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə
görə, Əsədin baş müftisi Şeyx Əhməd Bədrəddin Hassun Suriyada
savaşan şəxslərin siyahısını açıqlayıb. Hassun rəqəmləri
açıqlayarkən İran və Livandan gələn şiə terrorçuların sayını dilə
gətirməyib.
Həmin siyahını sizə təqdim edirik:
Səudiyyə Ərəbistan: 8 min nəfər
Tunis: 4 min nəfər
İraq: 6 min nəfər
Fələstin: 3 min nəfər
Misir: 3 min 500 nəfər
Liviya: 4 min 500 nəfər
Livan: 3 min 200 nəfər
Çeçenistan: 1700 nəfər
Yəmən: 2 min 800 nəfər
Pakistan: 1500 nəfər
Türkiyə: 3 min 800 nəfər
İordaniya: 800 nəfər
Küveyt: 900 nəfər
Somali: 350 nəfər
Rusiya: 250 nəfər
Fransa: 150 nəfər
Almaniya: 110 nəfər
İngiltərə: 80 nəfər
İndoneziya: 100 nəfər
Fas: 200 nəfər
Malayziya: 140 nəfər
Türkmənistan: 360 nəfər
Əl-Cəzair: 200 nəfər
Kosova: 140 nəfər
Albaniya: 100 nəfər
Eritreya: 200 nəfər
Sudan: 100 nəfər
Bosniya və Herseqovina: 150 nəfər
Amerika: 290 nəfər
Danimarka: 80 nəfər
Kanada: 110 nəfər
Tacikistan: 190 nəfər
Bəs Azərbaycan?
Suriyada azərbaycanlıların ölməsi, əlil olub gəlməsi və orada
azərbaycanlılardan ibarət bölüyün olması haqda məlumatlar var.
Dəqiqləşdirmək üçün Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Elman Abdullayev ilə əlaqə saxladıq:
"Azərbaycanın Suriyadakı səfirliyi bir il bundan qabaq (təxminən
avqustun axırı, sentyabrın əvvəli), bizim bütün vətəndaşları
təxliyə etdilər. Yəni, səfirlikdə qeydiyyatda olan bütün
vətəndaşları. O ki, qaldı mətbuatda azərbaycanlılar haqqında, guya
azərbaycanlılar da orada vuruşur və yaxud Azərbaycan vətəndaşları
orada var, bununla bağlı yenə qeyd eləmək istəyirəm ki, Azərbaycan
tərəfi öz araşdırmalarını aparır".
Suriyada yaşayan yox, Azərbaycandan Suriyaya məhz döyüşmək üçün
gedən azərbaycanlılar haqqındakı sualımızı da Elman bəy belə
cavablandırdı:
Yenə də, yenə də araşdırmaq lazımdır
"Suriyadakı səfirliyimiz hal-hazırda Beyrutda fəaliyyət
göstərir. Və Azərbaycan tərəfi bu məsələni araşdırır. Suriyada
vəziyyət olduqca gərgin olduğu halda Azərbaycan vətəndaşlarının
orada olduğunu sübut etmək qeyri-mümkündür. Çünki həmin şəxslər heç
bir zaman səfirliyin, konsulluğun qeydiyyatında olmayıblar. Ona
görə də qeydiyyatda olmayan şəxslərin sayını araşdırmaq, onların
ümumiyyətlə olub-olmadığını öyrənmək olduqca çox mürəkkəb
məsələdir. Yenə də qeyd etmək istəyirəm ki, Suriyada mövcud gərgin
vəziyyətdən irəli gələrək, hansısa araşdırma aparmaq
qeyri-mümkündür. Və Azərbaycan vətəndaşlarının həqiqətən orada
olub-olmamasını da Azərbaycan çalışır ki, indi müvafiq diplomatik
kanallarla araşdırsın".
Videoda gördüyünüz azərbaycanlı Suriyada ölən həmvətənlərimizdən
sadəcə biridir.