Yuxarı

Rusiya çevriliş etdi: Bu qitədə “dostlarını” artırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya çevriliş etdi: Bu qitədə “dostlarını” artırır

Prezidenti devrilən Niger Qərb üçün olduqca önəmli bir ölkədir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Nigerdə baş verən çevrilişlə bağlı yeni açıqlamasında deyib.

“1. ABŞ-ın burda hərbi bazası var. Oradan onların PUA-ları hər yerə uçur.

2. Fransa uranın 45%-ni Nigerdən alır. Atom elektrik stansiyaları Fransanın elektrik enerjisinin 70%-dən çoxunu təmin edir.

3. Niger Rusiya-Afrika forumunda iştirak etməyən 5 ölkədən biridir.

4. Nigerin devrilmiş prezidenti Zelenskinin dostudur, onlar dəfələrlə bir-birlərinə zəng ediblər və Zelenski ona Ukraynanı dəstəklədiyinə görə təşəkkür edib.

5. Niger həmişə Qərbin Ukrayna ilə bağlı bütün antirusiya qətnamələrinə səs verib.

6. “Vaqner”in rəhbəri Priqojin artıq Nigerin keçmiş korrupsioner prezidentinin devrilməsinə birbaşa dəstək verib. Və kömək etməyə hazır olduğunu vurğulayıb.

7. Fransanın Nigerdə ​​öz hava bazası var.

8. Hakimiyyəti ələ keçirən generallar “Vaqner”in böyük rol oynadığı və fransızların qovulduğu Mali hakimiyyəti ilə sıx bağlıdır.

9. Nigerdə ​​yeni sabit antiqərb hökuməti yaranarsa, Afrikada Moskvaya dost və Qərblə münaqişəli münasibətlərdə olan dövlətlərdən Atlantik okeanından Qırmızı dənizə qədər Rusiya dostluq kəməri yaradılacaq”, - o bildirib.

Tarix
2023.07.28 / 12:37
Müəllif
Zeybnəb Əkbər
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla