Yuxarı

Ərdoğandan Səudiyyəyə dəstək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan Səudiyyəyə dəstək

Səudiyyə Ərəbistanı səfirliyinə edilən hücum beynəlxalq münasibətlər baxımından qəbul edilə bilməz. Görünür, İran lazımi tədbirləri görməyib.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin məhəllə rəhbərləri ilə görüşü zamanı deyib.

O, Səudiyyənin 47 nəfəri edam etməsini Ər-Riyadın daxili məsələsi adlandırıb:

"Edam cəzası Türkiyədə olmasa da, Rusiya və ABŞ-da var. Dünya bu ölkələrdə baş tutan edamlara, Misirin devrilmiş Prezidenti Məhəmməd Mursi barəsində qərara və Suriyada 400 min insanın öldürülməsinə reaksiya vermir. Lakin bir adamın edamına qarşı çıxırlar. Mənə görə, Səudiyyə Ərəbistanının gerçəkləşdirdiyi edamlar ölkənin daxili məsələsidir".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də aralarında şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimrin də olduğu 47 nəfəri edam edib. Bu edam İran-Ərəbistan münasibətlərini kəskinləşdirib.

Tarix
2016.01.06 / 18:02
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla