Yuxarı

Türkiyə Bərzani ilə razılaşdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Bərzani ilə razılaşdı

Türkiyə İraqa 4 yeni sərhəd-keçid məntəqəsi açmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti yazıb.

Qəzetin məlumatına görə, qərarın verilməsinə səbəb iki ölkə arasında yeganə sərhəd-keçid məntəqəsi olan "Habur"un terror təhlükəsinə görə 3 həftə bağlı qalması olub.

Türkiyənin Gömrük və Ticarət Nazirliyi məsələ ilə bağlı işlərin artıq 70 faizini tamamlayıb. Şimali İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Neçirvan Bərzani ilə ilkin razılaşma əldə olunub.

Yeni sərhəd-keçid məntəqələri Şırnak vilayətinin Gülyazı, Ağtəpə, Ovaköy kəndlərində və Hakkari vilayətinin Üzümlü bölgəsində açılacaq.

Məntəqələrin 2017-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır.

Tarix
2016.01.07 / 12:18
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla