Yuxarı

Keçmiş naziri Kiyevə aparan iki səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş naziri Kiyevə aparan iki səbəb

Rusiya Donbas məsələsində mövqeyini yumşalda bilər.

Bu barədə Axar.az-a politoloq İlqar Vəlizadə açıqlama verib. Ekspert Rusiya Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Boris Qrızlovun Kiyevə səfərini şərh edib:

"Yayılan məlumatlara görə, Qrızlovu Kiyevə Poroşenko dəvət edib. Səfərin iki əsas məqsədi var idi: Sabah Minskdə keçirilməsi nəzərdə tutulan üçtərəfli komissiyanın iclası öncəsi Moskvanın mövqelərinin dəqiqləşdirilməsi, Ukraynanın mövqeyində müəyyən korreksiyalara nail olmaq. Məlumdur ki, Moskva Kiyev tərəfindən Donbasa muxtariyyat statusu verilməsinin tərəfdarıdır. Çətin ki, Rusiya bu mövqeyindən imtina etsin. Lakin Kreml bu mövqeyini bir qədər yumuşalda bilər. Kiyev də məhz bunu istəyir. Poroşenko Donbasın gələcəkdə Krım kimi respublikaya dönməsini istəmir və vaxtilə Ukraynanı Krımla hədələyən Moskvanın bu dəfə ölkəsini Donbasla hədələməsindən ehtiyat edir".

Qeyd edək ki, Rusiya Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi, Təhlükəsizlik Şurasının daimi üzvü, keçmiş Daxili İşlər naziri, Dumanın spikeri və Putinin Peterburqdakı Dövlət Təhlükəsizlik Komitəsindəki keçmiş həmkarı Boris Qrızlov dünən Kiyevə rəsmən səfər edib.

Tarix
2016.01.14 / 09:21
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla