Yuxarı

İran və İsrail səfirləri XİN-ə çağırılsın - Politoloq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın və İsrailin Azərbaycandakı səfirlərinə ölkəmizi mübahisə poliqonuna çevirməmələri üçün xəbərdarlıq etmək lazımdır. Bu iki ölkə səfirinin sosial şəbəkələr üzərindən söz atışmasına çıxması ilk dəfə deyil. Lakin bu dəfə atmacaların ağırlığı artıb. Səfirin vəzifəsi ölkəsini çalışdığı dövlətdə təmsil etmək, əməkdaşlığın inkişafı məqsədilə danışıqlar aparmaq və görüşlər keçirməkdir. Səfir ölkəsinə aid olmayan müharibə ilə bağlı başqa ölkənin səfirini hədələməməlidir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İran səfiri Abbas Musəvinin son atmacası və İsrail səfiri Corc Dikin cavabı barədə qeyd edib.

O bildirib ki, bir səfirin digər ölkənin səfirini hədələməsi çalışdığı ölkəyə qarşı hörmətsizliyidir:

“Azərbaycanı Yaxın Şərqdəki qarşıdurmada tərəf seçməyə məcbur etmək istəyirlər. İranın Azərbaycandakı səfiri Abbas Musəvi sosial şəbəkədə İsrailin Azərbaycandakı səfiri Corc Diki təhdid edib, İsrail səfiri isə cavab yazıb.

Fikrimcə, hər iki səfiri ayrılıqda Xarici İşlər Nazirliyinə çağırıb, bu “dialoqa” son qoymağa çağırmaq lazımdır. Azərbaycanın özündə də “İsrail haqlıdır, yoxsa Fələstindəki silahlı qruplaşmalar” sualı ətrafında kəskin diskussiya gedir. Bu diskussiyaya kənardan benzin tökmək istəyənlərə “dur” demək lazımdır”.

Tarix
2023.11.06 / 13:42
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Overçuk Nikola tay deyil, Putin gəlsin - Gevondyan

Ermənistan “qırmızı xətlər"ə hörmət etdiyini deyir – Arakçı

Tramp 907-ci maddənin fəaliyyətini dayandırdı - Foto

Qardaşımın nəşi indiyədək tapılmayıb - Zərərçəkmiş şəxs

Overçuk Zəngəzura görə İrəvana gəlir

Ukraynaya növbəti humanitar yardım göndərildi

İrəvan seçim etməli olacaq - Rusiyadan xəbərdarlıq

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı gözlənilməz: Dəstək verdi

Ermənistanda missiyamız davam edəcək - AB

İran dayanmır: Növbəti Zəngəzur açıqlaması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla