Yuxarı

Exidna Attenboro 60 il sonra üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Exidna Attenboro 60 il sonra üzə çıxdı

200 milyon il öncə mövcud olduğu güman edilən, qismən mutasiyaya uğrasa da kökü kəsilməyən, bir çox fərqli növləri daha çox İndoneziyada və Avstraliyada yaşayan, lakin digər növlərdən seçilən bənzərsiz, nadir cins olan Exidna Attenboronun 60 il sonra yenidən görünməsi alimlərin böyük marağına səbəb olub.

Axar.az xəbər verir ki, uzun illər sonra bioloq Kemton elmdə yenilik edib. Bioloq adətən gecələr ova çıxan və xırda canlılarla qidalanan, ilk baxışdan kirpiyə bənzəsə də üzü, ağzı qarışqayeyəni xatırladan, ayaqları köstəbək ayaqlarına oxşayan, 60 il öncə nəsli kəsildiyi qeyd edilən bu nadir, qəribə Exidna Attenboro adlanan növü təsadüf nəticəsində təbiət qoynunda yaxalayıb.

Exidna Attenboronun elmə məlum olan bu nadir növü ancaq yumurta qoymaqla nəsil artırır. 60 ildən sonra kökü kəsildiyi təxmin edilən Exidnanın yenidən üzə çıxması elmi yeniliyə səbəb olub.

Dünyanın nadir canlıları siyahısında olan Exidna Attenborun bu növü sonuncu dəfə 1961-ci ildə Oksford universiteti alimləri ilə tədqiqat səfərinə çıxan Devid Attenboro tərəfindən kamera yaddaşına köçürülmüş və bu nadir heyvan növü ingilis tədqiqatçı alimin şərəfinə belə adlandırılmışdı.

Tarix
2023.11.13 / 02:00
Müəllif
Oqtay Qorçu
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla