Yuxarı

İrəvan Rusiyadan gələn dərsliklərə qadağa qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Rusiyadan gələn dərsliklərə qadağa qoydu

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə Rusiyanın məktəblərə hədiyyə etdiyi rus dilində dərsliklərin paylanmasını dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Şurasının vitse-spikeri Yuri Vorobyov deyib.

“Ermənistan parlamentinin təşəbbüsü və Rusiya-Ermənistan parlamentlərarası komissiyasının iclaslarında təkrar müraciətlərin nəticələrinə əsasən, Federasiya Şurası rəhbərliyinin bilavasitə dəstəyi ilə Rusiya rus dilində tədris olunan 50 mindən çox dərsliyin alınması və daha sonra erməni məktəblərinə pulsuz verilməsi üçün əlavə büdcə vəsaiti tapmağa nail olub. Noyabrın 11-dən respublikaya dərsliklər gətirilib, onlara tələbatın çox olduğu məktəblərdə paylanmasına başlanılıb. Böyük çaşqınlıqla öyrəndim ki, Ermənistan Təhsil və Elm Nazirliyi bu prosesi dayandırıb. Qəribədir ki, erməni həmkarlarımızın özləri bizə lazımi dərsliklərin konkret siyahısını göndəriblər. Təəssüf ki, belə siyasi intriqalardan ilk olaraq qardaş erməni xalqının sadə oğlan və qızları əziyyət çəkir”, - Vorobyov bildirib.

Tarix
2023.11.16 / 17:59
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla