Yuxarı

Türkiyə polisi iranlı müğənninin evində axtarış apardı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisi bu ölkədə yaşayan iranlı reper Əmir Məqsudinin (Tətəlu) evində axtarış aparıb və onu dindirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin "İhlas" xəbər agentliyi məlumat yayıb.

Bu, reperin yaşadığı evdə yeniyetmə qızlara qarşı cinsi zorakılıq etməsi barədə məlumat və xəbərlərin yayılmasından sonra baş verib.

Axtarış və dindirmədən sonra iranlı sənətçi Səhər Qureyşi və başqaları Əmir Tətəlunun əməllərini təsdiq edən yeniyetmə və azyaşlı qızlarla olan vidolarını paylaşıblar.

Qeyd edək ki, hazırda Türkiyədə yaşayan iranlı reperin azyaşlı qızlara qarşı cinsi zorakılıqla bağlı hərəkətlərinə görə Türkiyə istisna olmaqla Avropa və İranla qonşu ölkələrə girişinə qadağa qoyulub.

Türkiyə polisi araşdırmaların davam etdiyi üçün mediaya əlavə məlumatlar verilməyəcəyini bildirib.

Tarix
2023.11.23 / 17:19
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Türkiyə MTŞ-dən Naxçıvanla bağlı - Bəyanat

Paşinyan AŞPA-da elan etdi: Ermənilər Qarabağa qayıda bilməz!

Əliyevlə Mattarellanın geniş tərkibdə görüşü keçirildi

Tramp Paşinyanı "digər oğlan" adlandırdı

Ceyhun Bayramov ABŞ rəsmiləri ilə görüşdü - Foto

Əsədov mühüm iclasda: Xəzərin dayazlaşması...

Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur, əgər... - Paşinyan

İtaliya prezidenti Azərbaycana gəldi - Foto

Əli Əsədov Lukaşenko ilə görüşdü - Foto

Prezident Cabir İmanovun vida mərasiminə əklil göndərdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla