Yuxarı

Fələstinlilər üçün qurulacaq dövlət... - Blinken

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Qəzza zolağındakı münaqişənin bölgəyə yayılmasının qarşısını almağa çalışacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken BƏƏ-də jurnalistlərə açıqlamasında deyib.

“Biz açıq şəkildə bildirdik ki, 7 oktyabrda baş verənlərin bir daha təkrarlanmaması üçün İsraili dəstəkləyəcəyik. Eyni zamanda, biz bu səyləri həyata keçirərkən mülki əhalinin qorunmasına və humanitar yardımın bölgəyə çatmasını təmin etməyə önəm verdiyimizi də açıq şəkildə ifadə etmişik”, - Blinken bildirib.

Dövlət katibi Qəzza zolağında baş verən gərginliklə yanaşı, irəliləyən günlərdə baş verəcək prosesləri diqqətdə saxladıqlarını və bu məsələləri ərəb həmkarları ilə birgə müzakirə etdiklərini də açıqlayıb:

“Qəzzada baş verənlər haqqında nə düşünürük? Bu necə idarə olunur? Təhlükəsizlik haradan qaynaqlanır? Yenidən qurmağa, yaratmağa necə başlayacağıq? Və daha da əhəmiyyətlisi, ədalətli və davamlı sülh yoluna necə çıxa bilərik? Biz hamımızı düşünürük. Bu suallar fələstinlilər üçün qurulacaq bir dövlətlə nəticələnməlidir”.

Tarix
2023.12.02 / 09:37
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla