Yuxarı

Əsəd ordusu Türkiyə sərhədinə irəliləyir - Son 4 kənd

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsəd ordusu Türkiyə sərhədinə irəliləyir - Son 4 kənd

Suriyada Rusiya və İranın dəstəyi ilə rejim ordusu Türkiyə sərhədinə doğru irəliləyir.

Axar.az xəbər verir ki, Türkman Dağında türkmanlara qarşı soyqırım həyata keçirən rejim ordusu bu gün Qızıldağda yerləşən Murtlu kəndini, eləcə də Kələzdə strateji cəhətdən önəmli yerdə yerləşən bir təpəyə də nəzarəti ələ keçirib.

Kələz kəndində strateji təpələrin ələ keçirilməsi ilə birlikdə müxaliflərin nəzarətində olan bölgəyə də hakim olan Suriya rejimi mülki vətəndaşların olduğu Sallura doğru gedən yolu da gün ərzində atəş altında saxlayıb.

Kələz, Qaramanlı və Bulayır kəndlərinin bombardmana məruz qalması sakinləri Türkiyə sərhədinə doğru axın etməyə vadar edib. Suriyalılar Türkiyə tərəfinə keçmək üçün sərhəd qapılarının açılmasını gözləyirlər.

Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kərəm Sınıq bölgədəki proseslərlə bağlı Tvitter hesabında türkmanlara yardım edilməsi üçün sərhəddəki xəstəxananın boşaldıldığını bildirib:

"Rejim ordusu Türkman Dağında çox ağır bir hücuma keçdi. Kələz, Qaramanlı xətti ələ keçirilir, Yamadı bir neçə saata təslim ola bilər. Xəstəxananı boşaldırıq".

Əldə edilən məlumata görə, Suriya ordusunun hazırki mövqeyini Türkiyə sərhədindən 4 kənd ayırır.

Tarix
2016.01.29 / 00:20
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla