Yuxarı

Britaniya mətbuatı: “Rusiyanın müasir silahları...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya mətbuatı: “Rusiyanın müasir silahları...”

Rusiyanın yeni hərbi silahların yaradılması üçün yüksək texnologiyalardan istifadə etməsi Qərbi və İsraili məyus edib.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "İndependent" qəzeti yazıb.

Məqalədə Qərb hərbi dairələrinin Rusiya hərbi texnikasının inkişafına şübhə ilə yanaşması və onları "köhnəlmiş" adlandırmasının böyük bir səhv olduğu qeyd edilib:

"Rusiya qırıcıları Suriyada bəzi günlərdə ABŞ başda olmaqla, beynəlxalq koalisiya qüvvələrindən daha çox uçuş həyata keçiriblər. Bundan başqa, Rusiya Hərbi Dəniz Donanması öz raketlərini Xəzər dənizindən 900 mil məsafədən Suriya istiqamətində buraxır.

Qərb siyasətçiləri Rusiyanın güclü silahlarının olduğunu etira etməyə başlayır. ABŞ-ın Avropadakı Quru Qoşunlarının komandanı Ben Hodces Rusiyanın Suriya və Ukraynada hərbi radioelektron vasitələrin inkişafındakı uğurlarının inanılmaz olduğunu deyib.

Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin Avropadakı komandanı, general Frenk Qorents isə Rusiyanın Krım və Kalininqradda hava hücumundan müdafiə kompleksləri yerləşdirmək istədiyini açıqlayıb. Onun sözlərinə görə, bu, NATO-nun bəzi ərazilərə, xususilə də Polşaya təhlükəsiz çıxışlarını son dərəcədə çətinləşdirəcək".

Məqalədə qeyd olunan digər vacib məsələ isə Rusiya-İran əlaqəsidir:

"İsrail Rusiyanın artan hərbi gücünü həyəcanla izləyir. İsrail sonda İranın Rusiyanın müasir hərbi texnikasını əldə edə biləcəyindən ehtiyatlanır".

Tarix
2016.01.30 / 17:16
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla