Yuxarı

“Ermənistan hakimiyyəti sabitliyi təmin etmək iqtidarında deyil”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ermənistan hakimiyyəti sabitliyi təmin etmək iqtidarında deyil”

Levon Zurabyan: "Ermənistan artan templə davam edən mühacirəti dayandıra və Suriyadan gələn miqrantlara şərait yarada bilmir"

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Ermənistan artan templə davam edən mühacirəti dayandıra və Suriyadan gələn miqrantlara şərait yarada bilmir. Bu barədə fevralın 4-də müxalif "Erməni Milli Konqres"in parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib. O qeyd edib ki, ötən il ərzində respublikada xarici investisiyaların həcmi 32 faiz, birbaşa investisiyalar isə 64 faiz azalıb. "İlin yekunlarına görə inflyasiya 5,6 faiz olduğu halda orta əməkhaqqı cəmi 4,2 faiz artıb. Ermənistanı daha on minlərlə insan tərk edib. Bundan başqa, ölkəyə Suriyadan minlərlə miqrant gəlib. Lakin hökumət nə onların, nə də digərlərinin qeydinə qalmır", deyə Zurabyan əlavə edib.

"Ermənistan hakimiyyəti elementar sabitliyi təmin etmək iqtidarında deyil. Vətəndaşlara yalnız ölkəni birdəfəlik tərk etmək, xaricdə iş axtarmaq, və yaxud, fəal etiraz yolu ilə öz haqlarını bərpa etmək və xalqı viran etmiş hökumətin hakimiyyətdən getməsinə nail olmaq qalır", deyə Zurabyan qeyd edib və vurğulayıb ki, hakim koalisiya müxalifətlə istənilən kompromisə getməkdən imtina edir.

Tarix
2014.02.05 / 00:23
Müəllif
Axar.az
Digər xəbərlər

Məscidlərimiz Ermənistan tərəfindən təhqir olundu - Prezident

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

Ərdoğan Azərbaycana yola düşdü

Düşmənin beli döyüş meydanında qırıldı - Prezident

Tokayev İlham Əliyevi təbrik etdi

AKP Azərbaycanı təbrik etdi

Azərbaycanın yanında olmaqdan qürur duyuruq - Şərif

Prezident xalqımızın torpaq həsrətinə son qoydu

Dövlət rəsmiləri Zəfər parkında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla