Yuxarı

Qərb üçün böyük hərbi strategiya hazırlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniya Ukraynanın üç il ərzində müharibədə qalib gəlməsinə kömək etmək üçün Qərb ölkələrinə hərbi strategiya planı hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə ERR nəşri məlumat yayıb.

“Sənəd Ramşteyn işçi qrupunda iştirak edən bütün ölkələr üçün nəzərdə tutulub və Qərb ölkələrinin səylərinin birləşdirilməsi şərti ilə Ukraynanın qələbəsinə çox cüzi töhfənin lazım olduğunu açıq şəkildə nümayiş etdirən çağırışdır. Əsas tezis ondan ibarətdir ki, Qərb müharibədə Kiyevə kömək etməkdən çəkinməməlidir.

Ekspertlər hesab edir ki, həm AB, həm də ABŞ-da mövcud ziddiyyətlər həll olunacaq və tələb olunan həcmdə yardım yaxın gələcəkdə Ukraynaya axmağa başlayacaq”, - məlumatda qeyd olunub.

Estoniya parlamentinin müdafiə məsələləri komissiyasının sədri Kalev Stoyçesku bildirib ki, Qərb ölkələrinin iqtisadiyyatı Rusiya iqtisadiyyatından onlarla dəfə böyükdür:

“Fərq burada çox böyükdür. Bütün Ramşteyn ölkələrinin ÜDM-i 47 trilyon avro təşkil edir ki, bunun da yalnız 0,2%-i Ukraynaya yardım üçün ayrılıb. Eyni zamanda, Rusiyanın ÜDM-i iki trilyon avro həcmində qiymətləndirilir. Problem ondadır ki, Rusiya artıq müharibə iqtisadiyyatının relslərinə oturub, yəni onsuz da iqtisadiyyatlarının yarısı birbaşa bunun üçün işləyir, Qərbdə isə hələ ayılmayıblar”.

Tarix
2024.01.15 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzur coğrafiya deyil, gələcəyin dizaynının kod adıdır

“Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə...

İlk dəfə bunu İlham Əliyevlə müzakirə etmişdim - Berset

Sülh sazişini alqışlayırıq - Monteneqro XİN

Bizim üçün ən pis geosiyasi fəlakət - Mişadan Zəngəzur açıqlaması

Əliyevin dil bilgiləri Fulyanı təəccübləndirdi - Video

İsrail XİN-dən Bakı-İrəvan razılaşmasına: Növbəti nailiyyət...

Putin bunu edən ilk Rusiya lideri olacaq

İran Zəngəzurun açılmasına necə mane olacaq?

Ağ Evdə dilə gətirilən həqiqət: Biz nələr qazandıq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla