Yuxarı

Zelenski Zalujnı ilə şəxsən görüşdü: yola salır… - FT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski Zalujnı ilə şəxsən görüşdü: yola salır… - FT

Vladimir Zelenski bazar ertəsi Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə görüşüb və istefasından sonra ona Ukrayna hakimiyyətinin müdafiə məsələləri üzrə müşaviri vəzifəsini təklif edib.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” vəziyyətlə tanış olan mənbələrə istinadla yazıb.

“Bazar ertəsi axşam Zelenski və Zalujnı şəxsən görüşüb, generalın gələcəyini müzakirə ediblər. Bundan sonra Prezident Zelenski Zalujnıya onun tezliklə vəzifəsindən azad ediləcəyini bildirib və ona hökumət müşaviri vəzifəsini təklif edib. General bu təklifdən imtina edib”, - nəşr qeyd edib.

Mənbə bildirib ki, Zelenskinin Ofisi Zalujnının istefası ilə bağlı artıq qərar verib, qalır bunun nə vaxt həyata keçirilməsini və onun vəzifəsini kimin tutacağını, həmçinin Zalujnının yeni vəzifə təklifini qəbul edib-etməyəcəyini müəyyənləşdirmək. Qeyd olunur ki, Zelenski Ukrayna ordusunun baş komandanını əvəzləməyə hazırlaşır, lakin bazar ertəsi yayılan xəbərlərə görə bu, bir müddət baş tutmaya bilər.

Qəzet vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postuna mümkün namizədlər sayılır.

"Tayms" nəşri isə yazıb ki, Aleksandr Sırski və Kirill Budanov bu təklifi rədd ediblər.

"Bu, həm də Zelenskini ilkin planlarından əl çəkməyə məcbur edib", - nəşr bildirib.

Qeyd edək ki, Zalujnının istefa xəbəri 29 yanvarda Ukrayna Teleqram kanallarında yayılmış və hətta Rada deputatı bunu təsdiqləmişdi. Ancaq Ukrayna MN və Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumatı təkzib etdi.

Tarix
2024.01.31 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Bakıda Azərbaycan-AB Təhlükəsizlik dialoqu keçirildi

ABŞ və İran razılaşdı - Təcili

Prezident Əminə Məhəmmədi qəbul etdi

Britaniya kralı İlham Əliyevə təbrik ünvanladı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Əminə Məhəmməd Azərbaycana gəldi

Şərifdən Əliyevə: Ərdoğanla birlikdə Azərbaycanda olmaq...

Yeni Kaledoniya məsələsi Fransanın daxili işi deyil - Xaokas

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla