14:04
Ukrayna Belqorod şəhərini raket atəşinə tutub.
Axar.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, raketlərdən biri şəhərin Xarqora rayonundakı ticarət mərkəzinə düşüb. Sportivnıy küçəsində məktəbin stadionuna da raket düşüb.
Zərbələr nəticəsində 6 nəfərin öldüyü, azı 10 nəfərin isə yaralandığı bildirilir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinə atılan RM-70 “Vampir” reaktiv yaylım atəş sisteminin 14 raketini zərərsizləşdirib.
***
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərinə raket zərbələri nəticəsində ölənlərin sayı 9-a çatıb.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Raketlərdən biri ticarət mərkəzinə, biri isə məktəb stadionuna düşüb.
Eyni zamanda evlər zədələnib.
Ölənlər arasında iki uşaq da var.
***
Raket hücumu nəticəsində 130 mənzil və 34 avtomobil zərər görüb.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.