Yuxarı

"Krokus"da terakt: ölənlərin sayı kəskin artdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Krokus"da terakt: ölənlərin sayı kəskin artdı - Video

2024.03.22 - 21:25

Rusiyanın paytaxtı Moskva şəhərindəki “Krokus Siti Holl” kompleksində atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

İlkin məlumata görə, atışma nəticəsində 12 nəfər ölüb və 35 nəfər yaralanıb.

Atışma “Piknik” qrupunun konsertindən əvvəl başlayıb.

***

Rusiya mətbuatının məlumatına görə, maskalanmış 3 naməlum şəxs ətrafdakılara atəş açıb.

Atışmanın baş verdiyi kompleksdə partlayış səsləri eşidilib və yanğın başlayıb.

Bildirilib ki, yanğınsöndürənlər binadakı yanğına və orada qalan insanların xilas edilməsinə başlaya bilmir, xüsusi təyinatlıları gözləyir.

***

Moskvada “Krokus Siti Holl” kompleksində baş vermiş atışma nəticəsində 40 nəfər ölüb, 100-dən çox şəxs yaralanıb.

Bu barədə FSB məlumat yayıb.

***

Rusiyanın 112 Teleqram kanalının məlumatına görə, ölənlərin sayı 130-a çatıb.

***

“Krokus Siti Holl” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində 115 nəfər xəsarət alıb.

Bu barədə operativ qərargah məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 60 nəfər ölüb.

***

Moskva vilayətində "Krokus Siti Holl"dakı baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

***

Moskva vilayətində "Krokus Siti Holl"dakı baş vermiş terror aktında ölənlərin sayı 115-ə çatıb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Yaralı sayının isə 100-dən çox olduğu bildirilib.

***

Rusiya İstintaq Komitəsi ölənlərin sayının 133-ə qalxdığını rəsmən təsdiqləyib. 140 nəfər isə yaralanıb.

***

Moskvada terror aktında ölənlərin sayı 143-ə çatıb.

Bu barədə RT və “Rossiya Seqodnya”nın baş redaktoru Marqarita Simonyan məlumat yayıb.

***

Terror aktında ölənlərin sayı 150-yə çatıb.

Bu barədə 112 Teleqram kanalı məlumat yayıb.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsi ölənlərin sayının 133 nəfər olduğunu bildirib.

Tarix
2024.03.23 / 16:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla