Yuxarı

Zurabaşvili bu qanuna veto qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zurabaşvili bu qanuna veto qoydu

Gürcüstan Prezidenti Salome Zurabaşvili parlament seçkisində qadınlar üçün kvotaları ləğv edən qanunu imzalamaqdan imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

“Seçki Məcəlləsinə gender kvotası ilə bağlı dəyişikliklərlə əlaqədar veto almışıq. Bunu Hüquq məsələləri komitəsinə verəcəyik, qurum da bu məsələyə baxacaq və yalnız bundan sonra plenar iclasa çıxaracağıq”, - Papuaşvili bildirib.

Parlament prezidentin vetosunu ləğv edərsə, qanun imzalanmaq üçün yenidən prezidentə göndəriləcək. Zurabişvili qanunu ikinci dəfə imzalamaqdan imtina edərsə, o zaman parlamentin spikeri onu imzalayacaq və bundan sonra qanun qüvvəyə minəcək.

Qeyd edək ki, aprelin 4-də Gürcüstan parlamenti qadınlar üçün kvotaları ləğv edən qanunu təsdiqləyib. Gürcüstan Seçki Məcəlləsinin hazırkı maddəsinə əsasən, parlament seçkilərində iştirak edən siyasi qüvvələrin siyahılarında deputatlığa namizədlərdən hər dördündən ən azı biri qadın olmalıdır. Qanun layihəsinin təşəbbüskarlarının fikrincə, qanunvericilikdə kvotanın olması ölkədə qadınların sıxışdırıldığını göstərir.

Tarix
2024.04.18 / 15:17
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

Mustafayevdən Rusiya açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla