Yuxarı

31 yaşında prorektor oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
31 yaşında prorektor oldu

32 yaşlı Nigar Adilova ADNSU-da Beynəlxalq əlaqələr üzrə prorektor təyin edilib.

Axar.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr verib.

Nigar Adilova Elsevər qızı 14 oktyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə orta məktəb təhsilini Bakı şəhəri Texniki-humanitar liseyində bitirib, elə həmin ildə bakalavriat pilləsi üzrə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasına qəbul olub. 2015-ci ildə bakalavr təhsilini fərqlənmə ilə başa vurub. 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Kompüter mühəndisliyi” ixtisası üzrə magistr təhsili alıb.

2023-cü ildə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Əmək fəaliyyətinə 2015-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İnformasiya Kommunikasiya Texnologiyaları” şöbəsində mühəndis olaraq başlayıb. 2017–2023-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Amerika Birləşmiş Ştatlarının Corciya Dövlət Universiteti arasında birgə əməkdaşlıq nəticəsində açılmış MBA Proqramında tyutor, tədris texnologiyaları üzrə işçi vəzifələrində fəaliyyət göstərib. 2018-ci ildən indiyədək MBA Proqramında müəllim olaraq çalışır. 2023-cü ildən indiyədək həmin proqramın direktor müavini vəzifəsində işləyir.

Tarix
2026.04.16 / 21:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla