Yuxarı

Bakıda icazəsiz ev tikmək olar? - Ekspert açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda icazəsiz ev tikmək olar? - Ekspert açıqladı

Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən, aşırımların uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi üçün heç bir orqandan icazə tələb olunmur. Bəs bu, vətəndaşın icazəsiz ev tikə bilməsi anlamına gəlirmi?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov Bakupost.az-a bildirib ki, burada söhbət tam sərbəstlikdən getmir:

“Əgər torpağın təyinatı fərdi yaşayış evidirsə, bu artıq o deməkdir ki, vətəndaş həmin torpaqda ölçü normativlərinə uyğun ev tikə bilər. Amma bu, qaydasız tikinti demək deyil.

Vətəndaş əvvəlcə lisenziyası olan layihə smeta bürosuna müraciət edir. Layihə torpağın ölçüsünə və normativlərə uyğun hazırlanır. Məsələn, 1 və ya 2 mərtəbəli və ya maksimum 12 metr hündürlüyə qədər olan normativlərə uyğun layihə hazırlanır. Sonra bu layihə elektron qaydada icra hakimiyyətinə və Arxitektura Komitəsinə göndərilir. Adətən 2 həftə ərzində ya irad bildirilir, ya da heç bir irad olmur. Əgər iradlar olarsa, vətəndaş onları aradan qaldırır və düzəliş edilmiş layihəyə uyğun tikintini həyata keçirir. Əgər 2 həftə ərzində heç bir cavab verilməzsə, vətəndaş mövcud layihə sənədi əsasında evin tikintisinə başlaya bilər”.

Tarix
2026.04.16 / 19:01
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla